Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • qızılbaşlar

    qızılbaşlar

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • QIZILBAŞLAR

    сущ. истор. кызылбаши (объединение тюркских племен Малой Азии и Азербайджана в XV-XVI вв.; буквально: красноголовые; название их произошло от шапки с

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • QIZILBAŞLAR

    i. tar. a military class in the army of Shah Ismail

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • GİZLİBAŞLAR

    сущ. зоол. скрытоглавы (обширный род жуков сем. листоедов)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • gizlibaşlar

    gizlibaşlar (zool.)

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • ХАНЛУХ

    ...Сулейман. Сурхаян макьсад, гьеле цӀуд йис идалай вилик хьиз, кьизилбашар Куьр вацӀал кьван авай мулкарай акъудна, гьана кьилди ханлух туькӀуьрун

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ЦЕГВ

    ...ашукь Уьзден. * цеквер хьиз нар. кьадардиз гзаф ва къалин яз. Къизилбашар цеквер хьиз рагаривни къваларив гатӀум хьана. З. Р. Гьажи Давуд. * цеквер(и

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • МАКЬСАД

    ...гурзава. Сурхаян макьсад, гьеле цӀуд йис идалай вилик хьиз, къизилбашар Куьр вацӀал кьван авай мулкарай акъудна, гъана кьилди ханлух туькӀуьрун я

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ALMAQ

    ...qabağına çəkmişdi. Mir Cəlal. // Cəld qapmaq, tutmaq, ələ keçirmək; ovlamaq. Qızılquşlar ov kimi süzüb, qırqovulları göydə alıb, otluğa endilər. Çəmə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Qızılbaşlar
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (azərbaycanlı) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi == Tarixi == Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Bolqarıstan qızılbaşları
Bolqarıstan qızılbaşları (bolq. български къзълбаши) — Bolqarıstan ərazisində yaşayan qızılbaş icması. Onların çoxu ya könüllü olaraq, ya da XV–XVII əsrlərdə Osmanlı hakimiyyəti tərəfindən Anadoludan deportasiya olunaraq Dobrucaya yerləşiblər. Qızılbaş camaatı Ludoqoriyedə də mövcuddur. Qızılbaşların çoxusu əslində kim olduqlarını gizlədirlər, ölkədə yaşayan türk və ya bolqarlara ortodoks sünni olduqlarını və ya kimin müraciət etdiyinə görə dəyişərək bəktaşi olduqlarını iddia edirlər. 1992-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 85,773 şiə yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == AHMED, Şabanali. DALKILIÇ, MEHMET (redaktor ). BULGARİSTAN’DA ALEVİLİK (Yablanovo Örneği) (PDF) (türk). İSTANBUL: İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ. 2012.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. == Nəslin tarixi == Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. == Struktur == Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.
Qızılqazlar
Qızılqazlar (lat. Phoenicopteridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qızılquşlar
Qızılquşlar (lat. Falconidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qızılquşlar (yarımfəsilə)
Qızılquşlar (lat. Falconinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Tarix-i Qızılbaşan
Tarix-i Qızılbaşan - Anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir. == Haqqında == Müəllifi məlum olmayan, “Tarix-i Qızılbaşan” adlı bu əsər 1599-1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir: Müəllif əsərin bir yerində yazır: “1598-1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı. ” Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb. Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.