Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıçatan
Qıçatan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 162 nəfərdir ki onunda 78 nəfəri kişi, 94 nəfəri qadındır.
Subatan
Subatan (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Subatan (Göyçə) – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. Subatan soyqırımı — Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Subatan yaylağı — Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. == Geologiya == Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Daşatan (Bostanabad)
Daşatan (fars. داش اتان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 10 nəfər yaşayır (4 ailə).
Daşatan (Marağa)
Daşatan (fars. داش اتان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,250 nəfər yaşayır (328 ailə).
Subatan (Göyçə)
Subatan – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. == Tarixi == B.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Alban yaşayış məskənlərinin qalıqları Xudat bulağının ətrafında, qədim alban qəbir daşları isə indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı. Bu daşların hündürlüyü 3–5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.
Subatan qətliamı
Subatan soyqırımı - Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Qars və Sarıqamışdan çəkilən Daşnak-Erməni quldur birləşmələri o zamanlar Türk, Erməni və Rumların yaşadıqları Subatan kəndinə hücum etdilər. Müxtəlif istiqamətlərdə dağıntılar törədən dəstələr əllərinə keçirdikləri kəndliləri də rast gəldikləri yerdə amansızcasına öldürürdülər. Arxiv mənbələrindən əldə edilən rəsmlərə və sənədlərə əsasən başlarına baltalarla vurulmuş, qarınlarına süngülər soxulmuş kişi, qadın və uşaqlar küçələrə atılmışlar. Arxiv məlumatlarına əsasən Subatan kəndində ümumilikdə 805 adam öldürülmüşdür. Erməni dəstələrinin geri çəkilmısindən sonra ərazi yenidən Türk əsgərlərin nəzarətinə keçmişdir. Amansızcasına kütləvi qətledilmədən sonra küçələrə səpələnmiş və küçə itlərinin yeminə çevrilmiş insan cəsədlərinin çoxluğu səbəbindən ərazinin müxtəlif yerlərində kütləvi məzarlıqlar salınmışdır. Məlumatlara əsasən Köşəoğulları məhəlləsində 180, Tıptıp küçəsində 275, Göy Məsçidin güneyində 350 şəhidin basdırıldığı bildirilir.
Subatan soyqırımı
Subatan soyqırımı - Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Qars və Sarıqamışdan çəkilən Daşnak-Erməni quldur birləşmələri o zamanlar Türk, Erməni və Rumların yaşadıqları Subatan kəndinə hücum etdilər. Müxtəlif istiqamətlərdə dağıntılar törədən dəstələr əllərinə keçirdikləri kəndliləri də rast gəldikləri yerdə amansızcasına öldürürdülər. Arxiv mənbələrindən əldə edilən rəsmlərə və sənədlərə əsasən başlarına baltalarla vurulmuş, qarınlarına süngülər soxulmuş kişi, qadın və uşaqlar küçələrə atılmışlar. Arxiv məlumatlarına əsasən Subatan kəndində ümumilikdə 805 adam öldürülmüşdür. Erməni dəstələrinin geri çəkilmısindən sonra ərazi yenidən Türk əsgərlərin nəzarətinə keçmişdir. Amansızcasına kütləvi qətledilmədən sonra küçələrə səpələnmiş və küçə itlərinin yeminə çevrilmiş insan cəsədlərinin çoxluğu səbəbindən ərazinin müxtəlif yerlərində kütləvi məzarlıqlar salınmışdır. Məlumatlara əsasən Köşəoğulları məhəlləsində 180, Tıptıp küçəsində 275, Göy Məsçidin güneyində 350 şəhidin basdırıldığı bildirilir.
Subatan yaylağı
Subatan yaylağı (az-əbcəd. سوباتان، سوباتان یایلاغی‎)— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.. Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir. == Etimologiya == Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır. == Görməli yerlər == Batmanbulaq Gəncxana mağarası Varazan kəndindəki Varazan şəlaləsi Haçadaş Sarıdaş Məcmədaş Alçalıq ormanı və parkı Mahar kəndindəki Mahar şəlaləsi Subatan bazarı Sarıbulaq yurdundakı Dovşandaşı Subatan Köçəri Antropologiya Muzeyi Dovşandaşının yaxınlığındakı daş çuxurlar Köçərilərin qara çadırları Subatan qalası Qurudərə qəbristanlığı == Əhalisi == Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir. === Subatanın məhəllələri === Qalabin yurdu: Burada təxminən 70 ailə yaşamaqdadır. Meylə bulağı: Bu məhəllədə daimi olaraq 50 ailə yaşasa da, onların sayı isə yayda çoxalır. Bazar: Bazar yurdu Subatanın ən çox əhalisi olan məhəlləsi olaraq, onda 300 ailədən çox insan yaşayır.
Yukatan Respublikası
Yukatan Respublikası (isp.
Yukatan boğazı
Yuktana boğazı — Meksika körfəzi ilə Karib dənizini birləşdirir. Şərqdə Kuba adası qərbdə isə Yukatan yarımadası ayırır. Ən ensiz yeri 217 km, ən dərin yeri isə 2779 m (Kuba adası yaxınlığında) təşkil edir. Boğadan Yukatan cərəyanı keçir və Karib cərəyanının bir qolunu təşkil edir. Bu cərəyanlar Holsftrim cərəyanının başlağıcını təşkil edir. Güçü 2–9 km/s çatır. ABŞ, Kanada və Mərkəzi Amerika ölkələri ilə əlaqələr əsasən boğaz vastəsi ilə yaradılır. Əsas limanları La-Fe (Kuba) və Kakun (Meksika).
Yukatan yarımadası
Yukatan (isp. Yucatán) — Meksikanın cənub-şərqində və Beliz və Qvatemalanın bitişik hissələrində böyük bir yarımadadır. Yarımada Mərkəzi Amerikada Meksika körfəzini Karib dənizidən ayırır. Yarımadanın şimalı Meksika ərazisində yerləşir və Yukatan, Kampeçe və Kintana-Roo ştatlarına daxildir. Cənubu isə Qvatemala və Beliz kimi dövlətlərinin ərazisidir. İqlimi tropik və istidir. Cənub hissədə tropik meşələr yerləşir. Şimala qalxdıqca isə quraqlıq artır. == Tarixi == Yarımadanın şimal-qərbində Çilsulub krateri yerləşir. Krater 65 milyon il önçə iri meteoridin yerlə toqquşması nəticəsində meydana gəlmişdir.
Yukatan sincabı
Yukatan sincabı ― Yukatan dələsi (/ˌjuːkəˈtæn/ Sciurus yucatanensis), əvvəlcə Yukatan boz dələsi, həm də vaxtilə Campeche dələsi adlandırılan, Yukatan yarımadasında və ona bitişik ərazilərdə tapılan Sciurus cinsinə aid bir ağac dələsidir. Onun vətəni Belizin şimalı, şimal-şərqi Qvatemala və cənub-şərqi Meksikadır. == Biologiyası == Yukatan dələsi quru yarpaqlı və həmişəyaşıl meşələrdə, yarımquraq şam-palıd meşələrində və əvvəllər ağac kəsilmiş ərazilərdə böyüyən ikinci dərəcəli meşələrdə yaşayır. Onlara 750 metr (2,460 fut) hündürlükdən aşağı düzənliklərdə rast gəlinir. Gündüzlər aktivdirlər, gecələr isə istirahət edirlər, vaxtlarının çoxunu ağaclarda keçirirlər. Ağacların hündür budaqlarında tapılan qurudulmuş yuvalardan , yarpaqlardan və budaqlardan yuvalar tikirlər. Onların qidası yumşaq meyvələr, qoz-fındıq və toxumlardan ibarətdir, halbuki Reid 2009-cu ildə onların əsas qidasının çiçəklər, qönçələr və tumurcuqlardan ibarət olduğu qənaətinə gəlib. Dişilər aprel-avqust aylarında iki və ya üç bala doğur. === Xarici görünüşü === Yukatan dələsi 450–500 millimetr (18–20 düym) uzunluğundadır, ölçüsünə görə Şərqi boz dələdən (Sciurus carolinensis) daha böyükdür. Nisbətən uzun yetkin quyruğu 240 mm (9,4 düym) uzunluğundadır.
Subatan (Qars)
Subatan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 687 nəfərdir (2022).
Quştin (Xudabəndə)
Quştin (fars. گوشتين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Uşaqan döyüşü
Uşağa və ya Uşaqan döyüşü yaxud Əştərək döyüşü — 1826-1828-ci illəri əhatə edən İkinci Rus-Qacar müharibəsi zamanı 17 (yeni təqvimlə 29) avqust tarixində vaş vermiş döyüş. Qacar ordusu ilə Rus ordusu arasında baş vermiş döyüşdə qızılbaş ordusuna Şahzadə Abbas Mirzə, qarşı tərəfə isə General-Leytenant Afanasi Krasovski rəhbərlik edirdi. 1827-ci ilin avqust ayının əvvəllərində Qacar ordusu İrəvan xanlığı ərazisinin şərq torpaqlarını ələ keçirdi və burada İrəvan sərdarı Hüseynqulu xan Qacarın ordusu ilə birləşdi. Birləşmiş ordu Üçmüəzzin monastrını mühasirəyə aldılar. Üçmüəzzindən 35 verst kənarda yerləşən General Krasovski bu hadisədən xəbər tutduqdan sonra təcili oraya doğru irəliləməyə başladı. Onun ordusuna erməni və gürcü könüllülər də qatıldılar. Monastrı mühasirəyə alan Qacar ordusundan say etibarilə dəfələrlə az döyüşçüyə sahib olsa da, Krasovski onları məğlub etməyi bacardı və elə həmin gecə mühasirə ləğv edildi. Döyüş zamanı rus ordusu ağır itki ilə üzləşdi. Bu itki onun İran ilə müharibələrində aldığı ən ağır zərbə hesab edilir.. Bu döyüşün baş verməsi və gedişatı barədə ən dəyərli məlumatlar orada birbaşa iştirak etmiş komandan A. Krasovski, kapitan M. Sobolev və dekabrist E. Laçınov tərəfindən verilmişdir.
Gülalan
Gülalan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Gülalan Xaçmaz-Niyazabad yolunda yerləşir. Qaraçı İnzibati Ərazi Dairəsi tərkibindədir. Qaraçı, Qaraqurdlu, Cığatay, Hacıqurbanoba, Qarabağı kəndləri ilə qonşudur. Gülalan gölü qoruğu kəndin ərazisində yerləşir.
Lusavan
Çarentsavan və ya əvvəlki adı ilə Lusavan — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Fəhlə qəsəbəsi kimi yaradılmışdır. Adı sonradan Ermənistan şairi Yegişe Çarensin şərəfinə dəyişdirilmişdir.
Qusacin
Qusacin (fars. قوسجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Dəhən-i Qulaman
Dəhən-i Qulaman — İranın şərqində yerləşən Əhəməni yaşayış mərkəzi və arxeoloji ərazisinə verilən müasir ad. Drangiana satraplığının paytaxtı Zranka/Zarin kimi müəyyən edilmişdir. == Coğrafiyası == Dəhən-i Qulaman (hərf. "Qulların qapısı") kimi tanınan arxeoloji sahə təxminən müasir Zabul şəhərindən 30 km cənub-şərqdə, İran–Əfqanıstan sərhədindəki ən yaxın nöqtədən təxminən 8,5 km məsafədə olan müasir Çanimə su anbarlarından ikisini ayıran ərazidə yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gnoli, G., "Dahan-e Ḡolāmān," in Encyclopaedia Iranica, vol. 6 (1993), 582–585. Mohammadkhani, K., "Une nouvelle construction monumentale achéménide à Dahaneh-e Gholaman, Sistan, Iran," Arta (2012.1) 1–18. Scerrato, U., "Excavations at Dahaneh-e Gholaman (Sistan-Iran), First Preliminary Report (1962–1963)," East and West, n.s. 16 (1966) 9–30. Schmitt, R., "Drangiana," in Encyclopaedia Iranica, vol. 7 (1995) 534–537.
Qutan (Poldəşt)
Qutan (fars. قوطان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (89 ailə).
Qutan (ada)
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qutan adası
Qutan adası — Xəzər dənizi Bakı arxipelaqında Azərbaycana məxsus ada. Xarici görünüşü Qutanı xatırlatdığı üçün belə adlandırılıb. Pirsaat buxtasında yerləşir.Sahildən 6–7 km aralıda yerləşir. Sualtı adalar qövsündə yerləşən adadır. Baburi adasından 3,9 km cənub-şərqdə yerləşir.
Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Təsviri == Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib. == Yaşayış yeri və həyat tərzi == Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.
Çəhrayı qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Ümumi xarakteristikası və görkəmi == Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. Sədi Şirazinin iki ən məşhur əsəri «Gülüstan» və «Bustan»dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. == Məzmun == "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. == Nəşr və tərcümə == Əsər Mirmehdi Seyidzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub.
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Gülyatan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güzalan (Kəleybər)
Güzalan (fars. گوزالان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 751 nəfər yaşayır (161 ailə).
Musalan (Sərdəşt)
Musalan (fars. موسالان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (85 ailə).
Bertil Qustav
Şahzadə Bertil (28 fevral 1912-5 yanvar 1997) — 1912-ci il 28 fevralda səhərəyaxın saat 5:30 radələrində anadan olmuşdu. O anadan olanda öz anası tərəfindən əmizdirilmişdi, bununla o illik dayə ənənələrini pozmuşdu. == Həyatı == 16 yaşında Bertil Chrysler model bir maşın sürərkən dostları ilə birlikdə qəza törətdi, dostlarından biri vəfat etdi. Sürücülük vəsiqəsi olmayan şahzadə cərimə olundu. 1955–1964-cü illərdə Londonda hərbi attaşe olan Bertil orda Lilian Deyvis ilə sevgili oldu amma bu münasibətdən çox az adam xəbərdar idi. Lilian ilə evlənəndə şahzadəliyin bitəcəyini bilən Bertil onunla sadəcə sevgili oldu. Lakin qardaşının ölümündən sonra taxtın tək varisi olduğu üçün onun üçün istisna təşkil olundu. Yeni kral XVI Karl Qustav onların evliliyini qəbul etdi. Çünki özünün də övladı yox idi və bu halda vəliəhd şahzadə Bertil olurdu. Lakin XVI Karl daha sonra övlad sahibi oldu.
Dustan (Salmas)
Dustan (fars. دوستان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər yaşayır (109 ailə).