Subatan yaylağı (az.-əski . سوباتان، سوباتان یایلاغی )— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.[ 1] . Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir.
Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır.[ 2] [ 3]
Subatanda bir şəlalə
Batmanbulaq
Gəncxana mağarası
Varazan kəndindəki Varazan şəlaləsi
Haçadaş
Sarıdaş
Məcmədaş
Alçalıq ormanı və parkı
Mahar kəndindəki Mahar şəlaləsi
Subatan bazarı
Sarıbulaq yurdundakı Dovşandaşı
Subatan Köçəri Antropologiya Muzeyi
Dovşandaşının yaxınlığındakı daş çuxurlar
Köçərilərin qara çadırları
Subatan qalası
Qurudərə qəbristanlığı
[ 4]
Subatanda köçəri bir qadın
Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir.
Qalabin yurdu : Burada təxminən 70 ailə yaşamaqdadır.
Meylə bulağı : Bu məhəllədə daimi olaraq 50 ailə yaşasa da, onların sayı isə yayda çoxalır.
Bazar : Bazar yurdu Subatanın ən çox əhalisi olan məhəlləsi olaraq, onda 300 ailədən çox insan yaşayır.
Kələmər : Kələmər, Qalabin yurdunun aşağısında yerləşən bir kənddir ki onda 20 ailə yaşayır.[ 4]
Subatanın ənənəvi yeməklərindən Saciçi , Qovurma , Qurtmac, Cızlıq, Sac çörəyi, Daş çörəyi, Kömbə , Bulama , Pendir qovurma və Qoyun ləvəngisinin adını çəkmək olar.[ 5]
Subatan yaylağı yaz çağında
Subatanda davar sürüləri
Subatanda əski bir qəbir daşı
Subatanda atçılıq
Yaz və qışın birləşməsi
Sıx ağaclı ormanlarla dağların birləşdiyi yer
Subtandan bir görüntü
↑ "Eligəşt" . 2021-02-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-02-09 .
↑ https://mihannovin.ir/Dünya-üzrə-bütün-yerlərdən-fərqli-olan-Subatan/ [ölü keçid ]
↑ http://www.soubatan.ir/contents/cc/113/Subatan-sözünün-anlamı [ölü keçid ]
↑ 1 2 "Subatanın görməli yerləri" . 2021-02-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-02-09 .
↑ "Kocaru" . 2022-05-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-02-09 .