Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Labrador retriver
Labrador retriver ən məşhur it cinslərindən biri sayılır. İlk əvvəl bu itlərdən işçi it qismində istifadə olunduğundan buna görə onların əksəriyyəti bələdçi itlər, xilasedici itlər kimi istifadə olunur. Bu it cinsi öz adını Kanadanın şərq sahillərində yerləşən Nyufaundlend adasından almışdır. Aparılan tədqiqatların nəticələri "Labrador" cinsinin adının mənşəyi haqqında üç versiyanın olduğunu göstərmişdir. İlk labradorlar tamamilə qara rəngdə olduğundan " labradorit" mineral daşının rəngini xatırlatmışdılar. Ola bilsin ki bu daşın şərəfinə labradorlar öz adını almışdılar. İkinci versiyada isə bildirilir ki, labradorların əcdadları Labrador yarımadasına gətirilmişdir. Üçüncü versiya odur ki, onların yüksək işləmək qabiliyyəti görən portuqallar onlara portuqal dilindən tərcümədə "zəhmətkeş" mənasını verən labrador sözü ilə adlandırmışdılar. == Xarakterləri == Bu itlər insanlara və başqa heyvanlara aqressiyanın yoxluğu ilə fərqlənirlər. Lakin onlar öz şıltaqlıqlarıyla seçilirlər.
Bəhailər
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Fədailər
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fəthilər
Fəthilər — Şiəliyin tarixi məzhəblərindən biri. == Yaranması == Cəfər Sadiqin ölümündən sonra onun ikinci oğlu Abdullah əl-Əftah ətrafında toplaşan şiələr onu 7-ci imam elan etdilər. Lakin Abdullahın 766-cı ildə övladsız ölümü ilə bu məzhəb də tarixə qarışdı.
Səbailər
Səbailər (yun. Σαβαίοι)— Qədim Sami xalqı. == Tarixi == Sami xalqlarından olan Səbailər naməlum tarixdə şimaldan cənubi Ərəbistana daxil olmuş və öz sami mədəniyyətlərini yerli əhaliyə qəbul etdirmişlər. Mərkəzi Yəməndə aparılan qazıntı işləri sübut edir ki, Səbai sivilizasiyası e.ə 10-12-ci əsrlərdə yaranmışdır. E.ə 7-5-ci əsrlərdən başlayaraq krallıqda "Səba kralı"ndan başqa özlərini "Səba mükərribləri" adlandıran kahinlər də var idi. Bu orta dövr, xüsusilə, Mərib və Sirvahda inşaat işlərinin, nəhəng abidə və məbədlərin tikintisinin geniş yayılması ilə səciyyələnir. Səbailərin idarəçiliyi dövründə Yəmənin zənginliyi və tərəqqisindən təsirlənən Romalılar bu ərazini "Ərəb Feliksi" adlandırmışlar. Roma imperatoru Oqustusun dövründə buranı fəth etmək üçün Aelius Qallusun rəhbərliyi altında hərbi ekspedisiya göndərilir. Məribin uğursuz mühasirəsindən sonra romalılar Roma tacirlərinin Hindistana səfərlərinin təyinatı üçün Ədən limanını dağıdaraq Misirə geri çəkilirlər.