Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suvanverdi
Suvanverdi, Lusaxpyur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə, Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Sübhanverdi kimi, Qafqazın 5 verstlik xəritəsində Suvanverdi formasında qeyd edilmişdir. Toponim Sübhanverdi şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Lusaxpyur qoyulmuşdur.
Suvanna Fuma
Suvanna Fuma (laos ເຈົ້າສຸວັນນະພູມາ; 7 oktyabr 1901, Luanqpxabanq[d] – 10 yanvar 1984, Vyentyan) — Laos siyasətçisi və dövlət xadimi, neytral fraksiya rəhbəri və fasilələrlə üç dəfə Laosun baş naziri (1951–1954-cü, 1956–1958-ci və 1960–1975-ci illərdə). == Xarici səfərlər == 1963-cü ilin fevralında SSRİ-yə səfəri zamanı Kral Şri Savanq Vattananı müşayiət etmişdir. 1971-ci ilin sentyabr–oktyabr aylarında ABŞ-də olmuşdur. 1971-ci ilin oktyabrında Fransa və Birləşmiş Krallıqda olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Суванна Фума // Советская историческая энциклопедия . 13. М.: Советская энциклопедия. 1971. 906. Юрьев К. Суванна Фума // Большая советская энциклопедия .
Sevan
Sevan (Ermənistan)
Sivan
Sivan (Xoy)
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Cənubi Sudan
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. == Tarixi == Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Duvan rayonu
Duvan rayonu (başq. Дыуан районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır.
Sevan (Ermənistan)
Sevan (1935-ci ildən), Yelenovka (1842-1935) — Ermənistanda şəhər. Əvvəllər İrəvan quberniyasının İrəvan qəzasında, kənd olmuşdur. Sevan rayonunun mərkəzi. == Tarixi == Kənd 1842-ci ildə qurulmuşdur. I Pavelin qızı Yelena Pavlovnanın adı verilmişdir. 1935-ci ildə Sevan adı qoyulmuşdur.
Sevan (Qazaxıstan)
Sevan — Qazaxıstanın Qaraqanda vilayətinin Buxar-Jyrau rayonunda kənd.
Sevan (göl)
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Sevan gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Sevan rayonu
Sevan rayonu, Göyçə — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon.
Sevan xramulyası
Sevan xramulyası (lat. Capoeta sevangi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Sevan xramulyası adi xramulyadan belinin basıq, bel üzgəcinin haçalı olmaması, bədənin uzunsovluğu, bel üzgəcindəki tikan şüalarının zəif inkişaf etməsilə fərqlənir. Uzunluğu 45.0 sm-ə, kütləsi 1012 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığıdır, başlıca olaraq çaylarda, bulaq sularında və kəhrizlərdə yaşayır, nisbətən sakit axan və dibi daşlı olan suları daha çox sevir. Ömrün uzunluğu orta hesabla 5-6 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur. == Yayılması == Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur.
Sivan (Vərziqan)
Sivan (fars. سيوان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (17 ailə).
Sivan (Xoy)
Sivan (fars. سيوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Savan (Sərdəşt)
Savan (fars. ساوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (21 ailə).
Semyonovka (Sevan)
Semyonovka — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Sevan rayonunda kənd.
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).
Suran nahiyəsi
Suran nahiyəsi (ərəb. ناحية صوران‎) — Suriyada, Hələb mühafəzəsinin Əzaz məntəqəsində inzibati–ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Suran şəhəridir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Suran nahiyəsinin əhalisi 4.874 ailədə 15.336 nəfəri kişilər və 14.696 nəfəri qadınlar olmaqla cəmi 30.032 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Suran şəhəri və 17 kənd yerləşir.
Sudan (bölgə)
Sudan (ərəb. بلاد السودان‎ — bilâd as-sudan; hərfi mənada "qaralar ölkəsi") — Mərkəzi Afrikanın Saxaradan cənubda 5-co şimal yarımkürəsinin ekvtordan şimala 5-ci paralelinə kimi olan şimal hissəsi. Qərbdən Seneqaldan, Şərqdən Efiopiya, cənubdan Keniya ilə əhatələnib. İqliminin münasib olmasına rəğmən e.ə. I minillikdən başlayaraq eramızın I minilliyi də daxil olmaqla bütün Afrika əhalisinin yarısı bu ərazilərdə məskunlaşıb. Shəsi 5 mln. km²-ə yaxındır. Sudan və Saxara arasında sərhəd zona Sahel adlanır.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd.
Süan
Şanyü Süan 85-ci ildə hakimiyyətə gəldi və taxta çıxan kimi şimala axınları sürətləndirdi. Şimallılar imperatora şikayət etsələr də cənublular məhəl qoymadan syenbilərlə birlikdə hücumları davam etdirirdilər. Hücumlardan bezən şimallı hun tayfaları olan Çubinu, Dusyu kimi 60 qəbilə cənuba kömüşdü. 88-ci ildə Süanın ölümü ilə taxta Tuntuhe keçdi.
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952) == Həyatı == R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi. R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb. 1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
Robert Şuman
Robert Şuman (8 iyun 1810[…], Svikkau[d], Saksoniya – 29 iyul 1856[…]) — Alman bəstəkarı. == Həyatı == Dahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur. "İşdən qayıdan şən kəndli", "binəva yetim", "sirli naməlum adam", "sürətlə çapan cəsur atlı". Bütün bunlar məşhur "Gənclər üçün albom"dan musiqili portretlərdir. Yenicə başlayan pianoçular artıq yüz ildən çoxdur bu albom ilə dostluq edirlər. Robert Şumanın "musiqi ilə şəkil çəkmək" kimi qeyri-adi istedadı olub. Uşaq yaşlarında royalın dilləri ilə bu və ya digər tanışını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olan uşaqlar da dərhal çalınan melodiyada konkret insanın obrazını görərmişlər. Heç şübhəsiz, belə bir istedad sahibi mütləq musiqiçi olmalı idi və balaca Robertin də başqa bir arzusu yox idi.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.