Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teddi Riner
Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989[…]) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Üçqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb. "Pari Sen-Jermen" idman klubunun üzvüdür. Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya və 30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub. Riner Fransa dövləti tərəfindən 2008-ci ildə "Xidmətlərə görə" ordeni ilə, 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub. 2012-ci ildə Fransada ilin idmançısı seçilib.
Teddi Sirs
Eduard M. "Teddi" Sirs (ing. Edward M. Sears) — Amerikalı aktyordur. TNT-nin Barın Yüksəlişi dramında Riçard Patrik Ulsli rolunu, FX-in Amerikan Qorxu Hekayəsi antologiyanın birinci mövsümündə Patrik rolunu eləcədə Showtime-ın period dramı olan Seksin Ustaları serialında Austin Lanqman və The CW-nun super qəhrəman serialı olan Fləş-də Ovçu Zuum rolları ilə tanınır. == Həyatı == Teddi Vaşinqton şəhərində doğulub və Çevi Çeysdə böyüyüb. O orta təhsilini Batesdə Landon Məktəbində aldı. Teddi ailəsindəki atletika ilə məşğul olan insanlardan ilhamlanaraq təhsil aldığı Meriland Universiteti üçün futbol oynayıb. Teddinin babası 1912-ci ilin olimpiya oyunlarında tapança atışı üzrə yarışda iştirak etmiş və qızıl medal qazanmışdır. Xalası isə 1956-cı ilin oyunlarında iştirak etmişdir. Daha sonra o Virciniya Universitetinə transfer olaraq 1999-cu ildə burada biznesin idarə edilməsi dərəcəsi ilə məzun oldu. == Karyerası == Teddinin biznes karyerası universitetdən məzun olduqdan sonra Nyu Yorka gedəndə başladı.
Potentilla egedii subsp. yukonensis
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.