Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Beşqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb.[3][4] "Pari Sen-Jermen" idman klubunun üzvüdür.[2]
Teddi Riner | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Teddy Riner | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Teddi Pyer-Mari Riner | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbləri | Ayı Ted, Böyük Ted | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransız | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Lez-Abim, Qvadelupa, Fransa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 2.4 sm[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 140 kq[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Cüdo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Kristian Şomon, Benua Kamparq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağırlıq dərəcəsi | + 100 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Pari Sen-Jermen[2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Riner, cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya və 30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub.
Fransa dövləti tərəfindən 2008 və 2016-cı illərdə "Xidmətlərə görə" ordeni ilə,[5][6] 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub.[7] 2012, 2016 və 2017-ci illərdə Fransada ilin idmançısı seçilib.[8]
Teddi Riner 7 aprel 1989-cu ildə Qvadelupa adasının Puent-a-Pitr şəhərinin yaxınlığında yerləşən Lez-Abim kommunasında doğulub. Onun doğumundan az sonra ailəsi Parisə,[9][10] XVIII-ci dairədə yerləşən La-Şapel məhəlləsinə köçüb.[11] 5 yaşında olarkən valideynləri onu XV-ci dairədə yerləşən "Akvabulvar" (fr. Aquaboulevard) idman klubuna yazdırırlar. 13 yaşında [12] basketbola və futbola da marağının olmasına baxmayaraq, həyatını cüdoya həsr etmək qərarına gəlib.[13]
Riner 2.04 sm boya və 134 kq çəkiyə malikdir.[1][14] İdmançının "Ayı Ted"[15] və "Böyük Ted"[16] kimi ləqəbləri var. Riner Lütna Plokus ilə vətəndaş nikahındadır. 2014-cü ilin aprel ayında onların Eden adlı oğulları dünyaya gəlib.[17]
Riner Fransanın "Pari Sen-Jermen" idman klubunun üzvüdür. Onun məşqçiləri Kristian Şomon və Benua Kamparqdır.[16] Riner 2006-cı ildə yeniyetmələr arasında dünya və Avropa çempionu titullarını qazanıb.[10] 2007-ci ildə, 18 yaşı olarkən Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş cüdo üzrə böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.[18] Həmin il Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutmuş böyüklər arasında cüdo üzrə dünya çempionatının yarımfinalında 2000-ci il Sidney Olimpiadasının qızıl medalçısı və üç qat dünya çempionu yaponiyalı Koseyi İnoyeyə, finalda isə rusiyalı Tamerlan Tmenova qalib gələrək kişilər arasında cüdo tarixində ən gənc dünya çempionu adını qazanıb (18 yaş 5 ay).[10][18]
Riner olimpiada öncəsi zədə ala biləcəyindən ehtiyat edərək 2008-ci il aprelin 11-dən 13-dək Portuqaliyanın paytaxtı Lissabon şəhərində təşkil olunmuş Avropa çempionatında titulunu qorumaqdan imtina etmişdir.[19][20] O, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında ağır çəkidə mübarizəyə qoşulub.[9] İlk görüşündə tunisli Anis Çedliyə ikinci görüşündə isə qazaxıstanlı Eldos İxsanqaliyevə qalib gələrək 1/4 final mərhələsinə vəsiqə qazanıb.[9] 1/4 final mərhələsində isə gözlənilmədən Özbəkistandan olan cüdoçu Abdulla Tanqriyevə məğlub olub.[9] Bu məğlubiyyətdən sonra Riner bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. İlk təsəlliverici görüşlərində Almaniya və Braziliyadan olan rəqiblərini üstələməyi bacarıb. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Gürcüstan idmançısı Laşa Quceciani olub. Bir ippon, bir yuka və bir koka xalları hesabına görüşü öz xeyrinə tamamlayan Riner, Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələnib.[9] Riner 2008-ci ilin dekabrında Fransanın Levallois-Perret şəhərində mütləq çəki dərəcəsində cüdo üzrə keçirilmiş ilk dünya çempionatında (mütləq çəki dərəcəsindəki turnirlər buna qədər ümumi dünya çempionatları çərçivəsində keçirilirdi) iştirak edib. O, finalda rusiyalı üçqat dünya çempionu Aleksandr Mixaylini məğlub edərək qızıl medal qazanıb.[21][22]
Riner Gürcüstanın paytaxtı Tbilisi şəhərində 24-26 aprel 2009-cu il tarixləri arasında keçirilimiş Avropa çempionatına bir neçə gün qalmış məşq zamanı sağ bazunun ikibaşlı əzələsindən zədə alaraq turnirdən kənar qalıb.[23] O, 2009-cu ilin iyulunda İtaliyanın Peskara şəhərində təşkil olunmuş Aralıq dənizi Oyunlarının finalında Tunisli Anis Çedliyə qalib gələrək qızıl medal qazanıb.[24] 30 avqust 2009-cu ildə Niderlandın Rotterdam şəhərində baş tutmuş dünya çempionatında ardıcıl olaraq amerikalı Daniel Makkormikə, latviyalı Vladimir Osniçə, bolqarıstanlı İvan İliyevə, estoniyalı Martin Padara və litvalı Marius Paskeviçiusa qalib gələrək finala adlayıb. Final görüşündə kubalı Oskar Braysonu məğlub edərək üçqat dünya çempionu olub.[25][26] Riner bu dünya çempionatında medal qazanmış yeganə Fransalı kişi cüdoçu olmuşdur (Fransalı qadın cüdoçular 2 medal qazanıblar).[27]
Riner 2010-cu il dünya çempionatına daha yaxşı hazırlaşmaq məqsədilə 2010-cu ilin aprelində Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunmuş Avropa çempionatında iştirakdan imtina etmişdir.[28] O, 2010-cu ilin sentyabrında Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş dünya çempionatında bir qızıl və bir gümüş medal əldə edib. 100 kq-dan yuxarı çəki dərəcəsində ardıcıl olaraq Cənubi Koreya, Tayvan, Rusiya, Braziliya və Yaponiya təmsilçilərini məğlub edərək finala adlayıb. Final görüşündə Rinerin rəqibi almaniyalı Andreas Tyolser olub. Əsas vaxtda bərabərlik qeydə alındığından, "qızıl xal"adək əlavə vaxt təyin olunub. Əlavə vaxtda rəqibindən yuka xalı ilə üstün olan Riner dördüncü dəfə dünya çempionu adını qazanıb.[29][30] Rinerin mütləq çəki dərəcəsinin finalındakı rəqibi isə yaponiyalı Dayki Kamikava olub. Görüşün əsas və əlavə vaxtları 0:0 hesabı ilə bitib. Yekunda hər şeyi hakimlərin verdiyi qərar həll edib. Hakimlər isə qələbəni yerli idmançıya veriblər – 1:2.[31] Riner görüşdən sonra haqsız yerə məğlub olduğunu iddia edərək Kamikavanın əlini sıxmaqdan imtina edib.[32]
Riner dörd il fasilədən sonra 2011-ci ildə yenidən Avropa çempionatında iştirak edib. O, çempionat öncəsi Cənubi Koreyada və Alp dağlarında təlim-məşq toplantısı keçib. 2011-ci ilin aprel ayında Türkiyənin İstanbul şəhərində baş tutmuş Avropa birinciliyində ardıcıl olaraq Gürcüstan, Azərbaycan, İsrail və Estoniya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Finalda macarıstanlı rəqibi Barna Bora ippon fəndi ilə qalib gələrək ikiqat Avropa çempionu olub.[33] Riner 2011-ci ilin avqustunda Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında iki qızıl medal qazandı — 100 kq-dan yuxarı çəki dərəcəsində və kişilərdən ibarət Fransa komandasının heyətində.[34][35] 100 kq-dan yuxarı çəki dərəcəsində ardıcıl olaraq braziliyalı Daniel Hernandesi, almaniyalı Robert Zimmermannı, monqolustanlı Namsrayav Bastuurini, macarıstanlı Barna Boru və cənubi koreyalı Kim Son Mini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Final görüşündə rəqibi ötən ildə olduğu kimi yenə də almaniyalı Andreas Tyolser olmuşdur.[36] Bu mundialda beşinci qızıl medalını qazanan Riner, kişi cüdoçular arasında beşqat dünya çempionu olmuş ilk cüdoçu kimi adını tarixə yazdırdı.[37][38]
Riner 2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 100 kq-dan yuxarı çəki dərəcəsində təmsil edib.[15] Görüşlər avqustun 3-də Londondakı “ExCel” sərgi mərkəzində baş tutub.[39] Riner 1/16 finalda polşalı Yanuş Voynaroviçə, 1/8 finalda isə tunisli Faicel Caballaha qalib gəlib. 1/4 finalda kubalı Oskar Braysonla qarşılaşan Riner, görüşün son dəqiqəsində rəqibinə ippon fəndi ilə qalib gələrək Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə adlayıb. Yarımfinal mərhələsində cənubi koreyalı Kim Son Min üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda rəqibi rusiyalı Aleksandr Mixaylin olub. Final görüşündə passiv mübarizə səbəbindən hakim tərəfindən Riner bir,[40] Mixaylin isə üç[40] xəbərdarlıq alıb. Rəqibinin üç xəbərdarlığı hesabına vazari xalı qazanaraq qələbə əldə edən Riner[41] karyerasında ilk dəfə Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.[42]
Riner 25-28 aprel 2013-cü il tarixləri arasında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilimiş Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək üçqat Avropa çempionu olub (həlledici görüşdə Gürcüstandan olan cüdoçu Adam Okruaşviliyə qalib gəlib).[43][44] Riner 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutmuş dünya çempionatında +100 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, ilk olaraq Tacikistan nümayəndəsi Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib. Daha sonra ardıcıl olaraq, belaruslu Aleksandr Vahovyakı, kubalı Oskar Braysonu və gürcüstanlı Adam Okriaşvilini ipponla məğlubiyyətə uğradaraq finala adlayıb. Final görüşündə yerli idmançı Rafael Silvaya qalib qələrək ağır çəkidə beşqat, ümumilikdə isə altıqat dünya çempionu olub.[45]
Riner 2014-cü ildə Fransanın Monpelye şəhərində təşkil olunmuş Avropa çempionatında ardıcıl olaraq, azərbaycanlı Uşangi Kokaurini, ukraynalı Stanislav Bondarenkonu və litvalı Marius Paskeviçiusu üstələyərək finala adlayıb. Final görüşündə rəqibi ötən il olduğu kimi yenə də Gürcüstan cüdoçusu Adam Okruaşvili olub. Həlledici görüşdə rəqibini yenidən məğlubiyyətə uğradan Riner, dördüncü dəfə qitənin birincisi olub.[46][47] Riner avqust ayında Rusiyanın Çelyabinsk şəhərində keçilmiş dünya çempionatında iştirak edib. O, ilk görüşlərində ardıcıl olaraq, israilli Or Sassonu 49 saniyəyə,[48] çexiyalı Mihal Horakı 37 saniyəyə,[48] rusiyalı Renat Saidovu isə 1 dəqiqə 22 saniyəyə ipponla məğlub edərək yarımfinala adlayıb.[48] Rinerin yarımfinal mərhələsində rəqibi braziliyalı Rafael Silva olub. Lakin o da Rinerə ciddi müqavimət göstərə bilməyib. Riner onu cəmi 50 saniyəyə ipponla məğlub edərək finala adlayıb.[48] Final görüşündə Yaponiya cüdoçusu Rü Sitinoheyə qalib gələn Riner, ağır çəki dərəcəsində altıncı qızıl medalını qazanıb.[49]
Riner 2015-ci ilin avqustunda Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş dünya çempionatında iştirak edib. O, yarımfinala gedən yolda estoniyalı Yuhan Mettis, qırğızıstanlı Yuri Krakovetski və almaniyalı Andre Braytbard üzərində qələbə qazanıb. Yarımfinalda Cənubi Koreya təmsilçisi Kim Son Minə qalib gəlib. Final görüşündə rəqibi ötən ildə olduğu kimi yenə də Yaponiya cüdoçusu Rü Sitinohe olub. Bu dəfə də finalda rəqibinə qalib gələn Riner, ağır çəki dərəcəsində yeddiqat, ümumilikdə isə səkkizqat dünya çempionu olub.[50][51]
Riner 2016-cı ildə Rusiyanın Kazan şəhərində təşkil olunmuş Avropa çempionatında iştirak edib. +100 kq çəki dərəcəsində mübarizə aparan Riner, ardıcıl olaraq belaruslu Aleksandr Vahovyakı, almaniyalı Andre Braytbardı və gürcüstanlı Levan Matiaşvilini üstələyərək finala adlayıb. Final görüşündə İsrail təmsilçisi Or Sassonu məğlubiyyətə uğradaraq Avropa çempionatının fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.[52][53] Riner 5 avqust 2016-cı il tarixində Marakana stadionunda baş tutmuş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın bayraqdarı olmuşdur.[3][4] Kişilər arasında ağır çəkidə cüdo üzrə görüşlər, avqustun 12-də, Rio-de-Janeyro şəhərinin cənub-qərbində, Atlantik okeanı sahilində yerləşən və qapalı stadion olan “Karioka Arena 2”də baş tutub.[54][55] Riner mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, bu mərhələdə tunisli Məhəmməd-Əmin Tayebi 1 dəqiqə 4 saniyəyə ipponla məğlub edib.[56] 1/4 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb və rəqibini vazari xalı ilə məğlub edərək yarımfinala adlayıb.[57] Yarımfinal mərhələsində rəqibi 3 ay qabaq Avropa çempionatının finalında məğlub etdiyi israilli Or Sasson olub. Sassonu da vazari xalı ilə məğlub etməyi bacaran Riner finala adlayıb.[58] Final görüşündə rəqibi çox da ciddi nailiyyətləri olmayan 24 yaşlı Yaponiya cüdoçusu Hisayosi Harasava olub. Həlledici görüşdə passiv mübarizə səbəbindən hakim tərəfindən Riner bir,[59] Harasava isə iki[59] xəbərdarlıq alıb. Rəqibinin bir xəbərdarlıq daha çox alması hesabına qələbə qazanan Riner, karyerasında ikinci dəfə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.[60][61][62] Riner qələbə qazandıqdan sonra verdiyi müsahibədə Rioda yenidən kürsüyə qalxa bildiyinə görə xoşbəxt olduğunu bildirib.[63]
2017-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş dünya çempionatında ardıcıl olaraq Misir, Monqolustan, Kolumbiya, Braziliya və Gürcüstan təmsilçilərini üstələyərək finala yüksəlib. Final görüşündə braziliyalı David Mouraya qalib gələrək doqquzqat dünya çempionu olub.[64] Eyni ilin noyabrında Mərakeşin Marrakeş şəhərində keçirilmiş mütləq çəki dərəcəsi üzrə dünya çempionatında qızıl medala yiyələnib. Riner həlledici görüşdə Belçika idmançısı Toma Nikiforova qalib gəlib.[65]
2020-ci il Tokio Yay Olimpiya Oyunlarında ölkəsini 100 kq-dan yuxarı çəki dərəcəsində təmsil edib. Riner 1/32 finalda polşalı, 1/16 finalda isə israilli rəqibinə qalib gəlsə də, 1/8 final mərhələsində Rusiyadan olan cüdoçu Tamerlan Başayevə məğlub olub. Bu məğlubiyyətdən sonra bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılan Riner, ardıcıl olaraq Braziliya və Yaponiya təmsilçilərini məğlub edərək Olimpiya Oyunlarını üçüncü yerdə başa vurub.[66]
2024-cü il Paris Yay Olimpiya Oyunlarında Fransanı +100 kq çəki dərəcəsində təmsil edən Riner, ardıcıl olaraq Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Tacikistan idmançılarını üstələyərək finala adlayıb. Həlledici görüşdə isə Cənubi Koreya təmsilçisi Kim Minconu ippon fəndi ilə məğlubiyyətə uğradaraq dördqat Olimpiya çempionu olub.[67]
Turnir | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2020 | 2023 | 2024 | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
3. | 1. | 1. | 3. | 1. | ||||||||||||||||||||
— | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | — | ||||||||||||||
— | — | 1. | — | — | — | 1. | — | 1. | 1. | — | 1. | — | — | — | — | |||||||||
1. | 1. | |||||||||||||||||||||||
3. | 1. | — | — |
Turnir | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1. | 2. | 1. |
1 — qızıl medal | |
2 — gümüş medal | |
3 — bürünc medal |