Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. == Lirik təhkiyə == Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. == Epik təhkiyə == Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən biri, diplomat. == Həyatı == Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı. Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı.
Tərbiyəçi (film, 1971)
== Məzmun == Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir. "Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır. Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır. == Festivallar və mükafatlar == 1) 1976-cı ildə Bakıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş Respublika həvəskarlar filmləri müsabiqəsi Film I dərəcəli Diploma və Fəxri Fərmana layiq görülmüşdür.