Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarımada
Yarımada — üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsi. Yer kürəsində ən böyük yarımadalar sırasında Ərəbistan (3,23 mln km²), Hindistan (2,07 mln km²), Hind-Çin (1,93 mln km²), Somali (1,88 mln km²), Labrador (1,39 mln km²), Skandinaviya (0,75 mln km²), Balkan (0,66 mln km²), Pireney (0,58 mln km²), Koreya (0,22 mln km²), Florida (0,17 mln km²) və s. öndə durur. Azərbaycanda, eyni zamanda Xəzər dənizi hövzəsində Abşeron ən böyük yarımadadır. Bir sıra german, kelt, o cümlədən baltik, slavyan, macar, çin və s. dillərdə də bu termin "yarım"+"ada" şəklində ifadə olunduğu təqdirdə, ingilis (peninsula – latıncadan "paene-": təxmini + "īnsula": ada) və başqa dillərdə xüsus termin halına gəlmiş sözlərlə ifadə olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç, Norveç, Finlandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Tailand, Myanma, Vyetnam, Malayziya, Kamboca, Türkiyə və bir sıra başqa ölkələr yarımadada yerləşirlər. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. == Tamada haqda == Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Pirallahı (yarımada)
Pirallahı — Xəzər dənizində, Abşeron körfəzinin eyni adlı Abşeron arxipelaqına aid ada. O, Azərbaycanda yerləşən sahəcə ən böyük adadır. Sahəsi 17,56 km², uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. == Etimologiyası == Adanı atəşpərəstliklə əlaqələndirirlər. İslam dininin buraya gəlməsiylə əlaqədar adanın adı Pirallahı olaraq dəyişdirilmişdir. Ruslar adanı (bojya svyatinya) sonradan Svyatov adını qoymuşdur. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırıldı. 1990-cı ildə adanın köhnə adı rəsmən bərpa edilmişdir. == Tarixi == Neftə olan ehtiyacı da nəzərə alaraq SSRİ hökuməti gözünü Pirallahıdakı neft qaynaqlarına çevirir. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir.
Kazumi Takada
Kazumi Takada (28 iyun 1951 – 1 oktyabr 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Kenzo Takada
Kenzo Takada (高田 賢三, Takada Kenzo, 27 fevral 1939, Himeci, Hyoqo prefekturası – 4 oktyabr 2020[…], Nöyi-sür-Sen) – Yaponiya dəb dizayneri. 1970-ci ildə Paris şəhərində Kenzo geyim brendini yaratmışdır. 2020-ci ildə Fransanın Nöyi-sür-Sen kommunasında yerləşən Paris Amerika Xəstəxanasında COVID-19 nəticəsində ölmüşdür. == İlk illəri == Kenzo Takada 1940-cı ildə Yaponiyanın Himeci şəhərində doğulmuşdur. Valideynləri ənənəvi mehmanxana sahibləri idilər. Bacısının dəb jurnallarını oxuduqdan sonra dəbə maraq göstərməyə başlamışdır. Takada valideynlərinin təkidi ilə 18 yaşında Kobe Universitetində ədəbiyyat üzrə təhsil almağa başlamışdır. Lakin ədəbiyyatdan sıxılmış və valideynlərinin arzusuna qarşı çıxaraq Tokioda yerləşən Bunka Moda Kollecinə daxil olmuşdur. O, bu kollecə qəbul edilən ilk oğlan tələbələrdən biri olmuşdur. == Karyerası == 1960-cı ildə Soen mükafatının qalibi olmuş və Sanay alış-veriş mərkəzində qız geyimləri dizayneri kimi işləməyə başlamışdır.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Masao Takada
Masao Takada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. == Tarixi == 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. == Təsviri == Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Şizuo Takada
Şizuo Takada (yap. 高田 静夫 Takada Şizuo; 5 avqust 1947, Tokio[d]) — yaponiyalı keçmiş futbol hakimi. 1986-cı ildə Meksikada keçirilmiş futbol üzrə dünya çempionatında İspaniya-Əlcəzair oyununda, 1990-cı ildə İtaliyada təşkil olunmuş mundialda isə Yuqoslaviya-BƏƏ matçında baş hakimlik etmişdir.
Şu Takada
Şu Takada (高田秋, Takada Şu, 23 sentyabr 1991, Ebetsu) – Yaponiya fotomodeli. "LesPros Entertainment" ilə əməkdaşlıq edir. == Həyatı və karyerası == Şu Takada 23 sentyabr 1991-ci ildə Hokkaydo prefekturasının Ebetsu şəhərində anadan olmuşdur. O, erməniəsillidir. Belə ki, onun babası Ermənistandandır. Takadanın böyük qardaşı və bacısı var. Takada modellik karyerasına 16 yaşında başlamışdır. 20 yaşında Tokioya köçərək burada modellik karyerasına davam etdirmək qərarına gəlmişdir və "Mina" jurnalının daimi modeli olmuşdur. "Mina" jurnalının Tayvan, Çin və Honkonq versiyalarında da yer almışdır. 9 dekabr 2022-ci ildə evləndiyini açıqlamışdır.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Calophyllum inophyllum var. takamaka
Calophyllum inophyllum (lat. Calophyllum inophyllum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü. == Sinonimləri == Balsamaria inophyllum Lour. Calophyllum apetalum Blanco [Illegitimate] Calophyllum bingator Roxb. Calophyllum blumei Wight Calophyllum inophyllum f. oblongata Miq. Calophyllum inophyllum f. obovata Miq. Calophyllum inophyllum var. takamaka Fosberg Calophyllum inophyllum var.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...
Takikava
Takikava (yap. 滝川市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.