Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir.[1]
Tamada heykəli | |
---|---|
gürc. თამადის ძეგლი | |
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi |
Material | bürünc |
Saxlanıldığı yer | Şardeni və Sioni küçələrinin kəsişməsi |
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı ildə[2] açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş[3] kopyasıdır.
Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir.