Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulbophyllum sensile
Bulbophyllum sensile (lat. Bulbophyllum sensile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Tensinq Norgey
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir. == Erkən dövr == Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi. Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir.
Tensinq Norqey
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir. == Erkən dövr == Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi. Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir.
Tension (Kayli Minouqun albomu)
Tension — avstraliyalı müğənni Kayli Minouqun on altıncı studiya albomudur. Albom 22 sentyabr 2023-cü ildə BMG Rights Management və Minogue Darenote şirkəti tərəfindən buraxılmışdır. == Tarix == Minouqun 2020-ci ildə disko, dans-pop janrlarında Disco adlı albomundan sonra yeni işi olaraq albomun yayımlanacağı 2023-cü ilin may ayında elan edilmişdi. Padam Padam albomun baş sinqldır, albomun adı ilə bağlı olan Tension sinqlı 2023-cü il avqust ayının sonlarında yayımlandı, holland DJ və elektron musiqi prodüseri Oliver Heldensin Minouq ilə olan sinqlı — "10 Out of 10" da albomda yer alır. Hələ 2022-ci ilin iyununda Vogue jurnalına verdiyi müsahibədə Minouq, yeni material üçün istinad nöqtəsi kimi 2003-cü ildəki "Slow" adlı sinqlının janrında yəni albomun işıq üzü görə biləcəyinə işarə etmişdi. Jurnal həmçinin yeni albom haqqında digər məlumatları qeyd etmişdi. Lakin 2023-cü ilin may ayında Kayli yeni albomu haqqında danışarkən, o, son iki studiya albomu Golden və Disco- dan fərqli olaraq konkret mövzunun olmadığını bildirdi və "Hər mahnının fərdiliyini qeyd etmək və bu azadlığa dalmaq istədiyini" dedi. O, albom üzərində işləmək üçün əvvəllər çalışdığı əməkdaşlar Riçard Biff Stannard və Dak Blekvela müraciət etmişdi. Ümumiyyətlə Kayli Minouq bu albomu işləmək üçün Danimarkanın paytaxtı Kopenhagen, İngiltərədə kurort şəhəri Brayton, eləcə də paytaxt London, Xorvatiya və Fransanın paytaxtı Parisə səyahətlər etmişdi. == Albomun tərkibi və yayımlanması == Albom " Padam Padam " adlı mahnı ilə başlayır və onun klipi albom yayımlanmadan bir neçə ay öncə təqdim edilmişdi.
Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016). == Həyatı == 24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir. Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur. Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır: Baş nazir müavininin katibliyinin rəhbəri; Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri; Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində: aparıcı mütəxəssis; baş mütəxəssis. 21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azəri Türk Qadınlar Birliyinin sədri. == Həyatı == Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilmişdir.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiyası == 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə mühəndislik
Tərsinə mühəndislik — deduktiv mülahizə vasitəsilə əvvəllər hazırlanmış cihazın, prosesin, sistemin və ya proqram təminatının bir tapşırığı necə yerinə yetirdiyinin (əgər varsa) başa düşülməyə çalışıldığı proses və ya üsul. Nəzərdən keçirilən sistemdən və istifadə olunan texnologiyalardan asılı olaraq, tərsinə mühəndislik zamanı əldə edilən biliklər köhnəlmiş obyektlərin təyinatının dəyişdirilməsinə, təhlükəsizlik analizinin aparılmasına və ya bir şeyin necə işlədiyini öyrənməyə kömək edə bilər. Prosesin həyata keçirildiyi obyektə xas olmasına baxmayaraq, bütün tərsinə mühəndislik prosesləri üç əsas addımdan ibarətdir: məlumatın çıxarılması, modelləşdirmə və nəzərdən keçirmə. Məlumat çıxarma əməliyyat üçün bütün müvafiq məlumatların toplanması təcrübəsidir. Modelləşdirmə, yeni bir obyekt və ya sistemin layihələndirilməsi üçün bələdçi kimi istifadə edilə bilən abstrakt bir modeldə toplanmış məlumatların birləşdirilməsi təcrübəsidir. Nəzərdən keçirmə seçilmiş abstraktın etibarlılığını təmin etmək üçün modelin sınaqdan keçirilməsidir. Tərsinə mühəndislik kompüter mühəndisliyi, maşınqayırma, dizayn, elektron mühəndislik, proqram mühəndisliyi, kimya mühəndisliyi və sistem biologiyası sahələrində tətbiq olunur. == İcmal == Müxtəlif sahələrdə tərsinə mühəndisliyi yerinə yetirməyin bir çox səbəbi var. Tərsinə mühəndislik öz mənşəyini kommersiya və ya hərbi üstünlük üçün aparatların analizindən alır.:13 Bununla belə, tərsinə mühəndislik prosesi həmişə surətin yaradılması və ya artefaktın hansısa şəkildə dəyişdirilməsi ilə bağlı olmaya bilər.:15 Bəzi hallarda tərsinə mühəndislik prosesinin məqsədi sadəcə olaraq köhnə sistemlərin yenidən sənədləşdirilməsi ola bilər.:15 Hətta tərsinə çevrilmiş məhsul rəqibin məhsulu olsa belə, məqsəd onu kopyalamaq deyil, rəqibin analizini aparmaq ola bilər. Tərsinə mühəndislik qarşılıqlı fəaliyyət göstərən məhsullar yaratmaq üçün də istifadə edilə bilər və bəzi dar çərçivədə hazırlanmış ABŞ və Avropa İttifaqı qanunvericiliyinə baxmayaraq, bu məqsədlə xüsusi tərsinə mühəndislik üsullarından istifadənin qanuniliyi iyirmi ildən artıqdır ki, bütün dünyada məhkəmələrdə qızğın mübahisələrə səbəb olur.
Tərsinə çevrilmiş fayl
Tərsinə çevrilmiş fayl ( ing. inverted file ~ ru. инвертированный файл ~ tr. ters çevrilmiş dosya) – verilənlər bazasının idarəolunması sistemlərində: yazının açarından və ona göstəricidən ibarət olan fayl. Hər bir açar bənzərsiz şəklidə yazını tanıdır (identifikasiya edir), göstərici isə yazının verilənlər bazasında fiziki olaraq harada yerləşməsini proqrama göstərir. Faylın tərsinə çevrilməsi o anlamı verir ki, açarlar ardıcıl çeşidlənib, verilənlər bazasının bu faylla göstəricilər vasitəsilə bağlı olan yazıları isə ixtiyari qaydada (məsələn, yaradılma ardıcıllıqları ilə) yerləşə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilən dünya
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Tərsinə çevrilən dünya (film, 2011)
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.