Tension — avstraliyalı müğənni Kayli Minouqun on altıncı studiya albomudur. Albom 22 sentyabr 2023-cü ildə BMG Rights Management və Minogue Darenote şirkəti tərəfindən buraxılmışdır.
Tension | |
---|---|
Kayli Minouq tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 22 sentyabr 2023 |
Janr | pop disko elektropop |
Müddət | 2.151 san. |
Dil | ingilis dili |
Minouqun 2020-ci ildə disko, dans-pop janrlarında Disco adlı albomundan sonra yeni işi olaraq albomun yayımlanacağı 2023-cü ilin may ayında elan edilmişdi. Padam Padam albomun baş sinqldır, albomun adı ilə bağlı olan Tension sinqlı 2023-cü il avqust ayının sonlarında yayımlandı,[1] holland DJ və elektron musiqi prodüseri Oliver Heldensin Minouq ilə olan sinqlı — "10 Out of 10" da albomda yer alır.
Hələ 2022-ci ilin iyununda Vogue jurnalına verdiyi müsahibədə Minouq, yeni material üçün istinad nöqtəsi kimi 2003-cü ildəki "Slow" adlı sinqlının janrında yəni albomun işıq üzü görə biləcəyinə işarə etmişdi.[2] Jurnal həmçinin yeni albom haqqında digər məlumatları qeyd etmişdi.[3] Lakin 2023-cü ilin may ayında Kayli yeni albomu haqqında danışarkən, o, son iki studiya albomu Golden və Disco- dan fərqli olaraq konkret mövzunun olmadığını bildirdi və "Hər mahnının fərdiliyini qeyd etmək və bu azadlığa dalmaq istədiyini" dedi.[4]
O, albom üzərində işləmək üçün əvvəllər çalışdığı əməkdaşlar Riçard Biff Stannard və Dak Blekvela müraciət etmişdi.[5]
Ümumiyyətlə Kayli Minouq bu albomu işləmək üçün Danimarkanın paytaxtı Kopenhagen, İngiltərədə kurort şəhəri Brayton, eləcə də paytaxt London, Xorvatiya və Fransanın paytaxtı Parisə səyahətlər etmişdi.[6][7][8]
Albom " Padam Padam " adlı mahnı ilə başlayır və onun klipi albom yayımlanmadan bir neçə ay öncə təqdim edilmişdi.[9] Ina Vroldsen və Peter Raykroft tərəfindən yazılmış və "hipnotik elektro " trek kimi təsvir edilmişdir. Mahnı tam formada Lostboy kimi tanınan Raykroft tərəfindən hazırlanmışdır.[10] "Padam Padam" yayımlandığı gündən müxtəlif sosial media platformalarında fenomen oldu və qürur ayı ərzində ardıcıl səslənərək bütün dünyada geylərin himninə çevrildi.[11][12]
Tension 22 sentyabr 2023-cü ildə planlaşdırıldığı kimi BMG Rights Management tərəfindən və Minouqun Darenote şirkəti vasitəsilə onun on altıncı studiya albomu olaraq buraxıldı. Minouq albomun buraxılmasını təşviq etmək üçün öz veb-saytının səhifələrində müxtəlif formatlar təyin etdi. Standart albom ümumi uzunluğu 35 dəqiqədən çox olan 11 mahnı ilə, lüks buraxılış isə üç əlavə mahnı ilə 45 dəqiqədən çox davam edir: "Love Train", "Just Imagine" və "Somebody to Love".[13]
Tension adlı mahnının klipi, eləcə də albomun digər mahnılarının musiqi nömrələri sentyabr ayı boyunca Kayli Minouqun youtube rəsmi səhifəsində yerləşdirildi.[14] Həm "Padam Padam" video klipi, həm də ikinci "Tension" adlı klip rejissor Sofi Müller tərəfindən çəkilmişdir. Müller ikinci video klipdə neofuturist janrdan istifadə etmişdir.[15] Bu klipi bir çox elmi-fantastik janrda yazılmış futuroloji əsərlərlə müqayisə edirlər.[16]
21 may 2023-cü ildə Minouq debüt olaraq American Idol -da "Padam Padam" mahnısını ifa etdi.[17] Növbəti ay o, mahnını Capital's Summertime Ball 2023-də ifa etdi.[18] Kayli 2023-cü il London Moda Həftəsinin təqdimatı üçün "Padam Padam" və "Tension" ifaları daxil olmaqla digər bəzi albom treklərinin də ilk təqdimatını etdi.[19]