Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Follikulyar tiroid xərçəngi
Follikulyar xərçəng — papilyar xərçəng kimi follikulun divarlarını mənfəzdən örtən A-hüceyrələrdən inkişaf edir. Papilyar xərçəngə nisbətən bu forma az rast gəlinir (10%). Folikulyar xərçəng də yüksək differensasiyalı şişlərə aiddir.
Medulyar tiroid xərçəng
Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
Papilyar tiroid xərçəngi
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.