Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.[1]
Papilyar tiroid xərçəngi | |
---|---|
XBT-10 | C73 |
XBT-9 | 193 |
XBT-O | 8260/3 |
OMIM | 188550 |
MedlinePlus | 000331 |
MeSH | D000077273 |
Vikianbarda əlaqəli mediafayllar |