Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Bess Trumen
Bess Trumen (ing. Bess Truman; 13 fevral 1885[…], İndependens[d], Missuri – 18 oktyabr 1982[…], İndependens[d], Missuri) — ABŞ-nin 45-ci Prezidenti Harri Trumenin həyat yoldaşıdır.
Harri Trumen
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Trumen Kapote
Trumen Qarsiya Kapote (ing. Truman Garcia Capote [ˈtruːmən kəˈpoʊtiː], doğum adı — Trumen Strekfus Persons (ing. Truman Streckfus Persons), 30 sentyabr 1924[…], Nyu-Orlean, Luiziana – 25 avqust 1984[…], Los-Anceles, ABŞ) — amerikalı romantist, teatr və kino dramaturqu, aktyor.
Trumen doktrinası
Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya Müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk dəfə 12 mart 1947-ci ildə bəyan edilib. Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə ifəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Çerçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çerçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi. Çerçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı.
Donald Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. 16 iyun 2015-ci ildə Donald Tramp 2016-cı ildə ABŞ-də Prezident postu uğrunda seçkilərə qoşulacağını bildirdi. 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. == Həyatı == === Ailəsi === Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25.
Trump Tower
Tramp Tauer (Tramp qülləsi, ing. Trump Tower) — Nyu-Yorkda yerləşən və hündürlüyü 202 metr olan 68 mərtəbəli göydələn. Beşinci prospektdə, 56-cı küçə ilə kəsişmədə yerləşir. Qarışıq formatda istifadə olunur (ofislər, mağazalar, otellər, lüks mənzillər). Göydələn Donald Tramp və Equitable Life Assurance Company tərəfindən tikilib. Tikintisi 30 noyabr 1983-cü ildə başa çatdırılmışdır. 2006-cı ildə Forbes jurnalı Trump Tower-i 318 milyon dollar dəyərində qiymətləndirdi . 16 iyun 2015-ci ildə Donald Tramp öz qülləsində prezidentlik yarışına qatılacağını elan etmişdir. 9 noyabr 2016-cı ildə Donald Tramp Trump Towerdə ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini elan etmişdir. 2017-ci il yanvarın 11-də Tramp ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransını keçirib.
The Trump Organization
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. == Donald Trampın rəhbərliyi == Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Trump Tower Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Osman (Türümbət)
Osman (başq. Усман, rus. Усманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Türümbət): 6 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Türümbət (Avurğazı)
Türümbət (başq. Төрөмбәт, rus. Турумбет) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Rəşid Nəzirov - başqırd şairi.