Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945).
Harri S. Trumen | |
---|---|
Harry S. Truman | |
12 aprel 1945 – 20 yanvar 1953 | |
Vitse-prezident | olmayıb (1945-1949) Olben Barkli (1949-1953) |
Əvvəlki | Franklin Delano Ruzvelt |
Sonrakı | Duayt Eyzenhauer |
20 yanvar 1945 – 12 aprel 1945 | |
Prezident | Franklin Delano Ruzvelt |
Əvvəlki | Henri Uolles |
Sonrakı | Olben Barkli (1949-dan) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lamar, Missuri, ABŞ |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Kanzas-Siti, Missuri, ABŞ |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu[1], ağciyər iltihabı[1] |
Partiya | Demokrat partiyası |
İxtisası | Hüquqşünas |
Fəaliyyəti | siyasətçi, hakim, iş adamı, zabit, gündəlik yazıçısı[d] |
Atası | Con Anderson Trumen |
Anası | Marta Ellen Trumen |
Həyat yoldaşı | Bess Trumen (1882-1985) |
Uşağı | Meri Marqaret Trumen |
Dini | Baptist |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü |
Missuri Milli Qvardiyası ABŞ ordusu |
Rəhbərlik edib | D batareyası, 129-cu səhra artilleriya alayı, 60-cı briqada, 35-ci piyada diviziyası |
Döyüşlər |
Birinci dünya müharibəsi *Qərb cəbhəsi |
Rütbəsi | Kapitan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir.
Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır).
1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur.
Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur. Bunların arasında İkinci dünya müharibəsinin sona çatması, məhz onun əmri ilə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombasının atılması, BMT-nin təsis olunması, "Soyuq müharibə"nin başlaması, Marşal planı, Avropanın müharibədən sonra yenidən qurulması, kommunizmin əleyhinə yönəlmiş Trumen doktrinası, NATO-nun yaradılması və Koreya müharibəsi xüsusi yer tutur.
Koreya müharibəsindəki uğursuzluqlar 1952-ci il seçkilərində Respublikaçılar partiyasının namizədi general Duayt Eyzenhauerin qələbəsi ilə nəticələndi. Trumen seçkilərdə öz namizədliyini irəli sürməmişdi.
1950-ci il noyabrın 1-də Puerto-Riko əsilli Qriselio Torresola və Oskar Kolatso Harri Trumenin evinə soxularaq onu öldürməyə cəhd etsələr də, evə daxil ola bilməmiş və silahlı atışmada Qriselio Torresola öldürülmüşdü. Oskar Kolatso məhkəmənin qərarı ilə elektrik stulunda edam cəzasına məhkum olunmuş, lakin Harri Trumen öz qərarı ilə bu cəzanı ömürlük həbs cəzası ilə əvəz etmişdir.
Harri Trumen 1972-ci il 26 dekabrda səhər saat 7:50-də Kanzas-Sitidə pnevmoniyadan vəfat etmişdir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |