Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nouvelle Vague
Nouvelle Vague — Mark Kollen və Olivye Libonun rəhbərliyi altında fransız musiqi kollektivi. 2003-cü ildə yaradılmış və bu günə qədər də fəaliyyət göstərir. Kollektivin adı söz oyunudur, onun fransız incəsənətində "new-wave" stilinə (daha dəqiq desək, fransız kinosunun "yeni dalğa"sına münasibətini) münasibətini əks etdirir. Qrupun mahnıları — məşhur pank-rokların, postpank və new-wave kompozisiyalarının bossa-nova stilində kaver-versiyasıdır. Özlərinin birinci albomu sayılan "Nouvelle Vague"-da qrup köhnə new-wave erasına məxsus mahnıları bossa-nova stilində ifa etmişdir. Mahnıların akustik əsası üçün rəqs ritmləri əlavə olunmuş, vokalistlər qismində isə müxtəlif ölkələrdən müğənnilər dəvət olunmuşdu ( 6 fransız qız,1 braziliyalı və 1 amerikalı qız). Depeche Mode, XTC, Modern English, Joy Division, The Undertones və digər kollektivlərin mahnılarının kaver versiyaları bu cür şəkildə yazılmışdır. Nouvelle Vague qrupunun müğənniləri ancaq özlərinin eşitmədiyi mahnıların orijinal versiyalarını ifa edirlər. Bununla müğənnilər səslənmənin təzəliyinə çalışırlar. Qrupun ikinci albomu Bande a Parta Buzzcocks, Never Order, Echo qurplarının kompozisiyaları daxildir.
Alyssum vagum
Alyssum alyssoides (lat. Alyssum alyssoides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. Adyseton alyssoides (L.) Nieuwl. Adyseton calycinum Scop. Adyseton campestre Moench Adyseton mutabile Moench Alyssum alsinifolium Host Alyssum alyssoides f. albineum Farw. Alyssum alyssoides var. alyssoides alyssoides Alyssum alyssoides var. depressum T.R. Dudley Alyssum alyssoides var. hispanicum Dudley Alyssum alyssoides subsp.
Erigeron vagus
Erigeron vagus (lat. Erigeron vagus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Nervus vagus
Azan sinir (lat. Nervus vagus) — 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Senecio vagus
Senecio vagus (lat. Senecio vagus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Vogue (jurnal)
Vogue (oxunur Voq, fr. moda) — Qlamur, moda haqqında aylıq qadınlar üçün jurnal. Əsası 1892-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal Condé Nast Publications nəşriyyat evində dərc edilir. Jurnalın ilk nömrəsi - imkanlı Nyu Yorklular üçün yaradılmış həftəlik ictimai jurnal - 1892-ci ildə dərc edilib. 250-dən çox səhmdarların adları "Kübarlar almanaxı"nda nəşr edilirdi, onların içərisində Kornelius Vinderbilt (ilk dollar multimillioneri), Stöyvesans Fiş (İllinoys Mərkəzi Dəmiryolunun baş Direktoru), hersoq Persi və digərləri vardı. Jurnalın əsasını zəngin ailədən olan və artıq jurnalist təcrübəsinə malik olan, yüksək cəmiyyətin gənc üzvü Artur Türnür və Harri Mc Wicar, hansının ki onun babası Stephen Whitney böyük toptancı idi. Türnür naşir, Mc Wicar isə Avropada incəsənət təhsili aldığından Vogue jurnalının art-direktor vəzifəsinə təyin edildilər. İlk öncə həftəlik jurnal in-quarto 16 səhifədən ibarət idi, amma O, gözəl çap və təltif edilmişdir. Jurnalın üz qabığını çox nəfis bir şəkil bəzəyirdi; belə şəkillər Life jurnalı sayəsində məşhurlaşmışdılar.
Vaqiə Surəsi
56-cı surə
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Sagum
Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim. Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi. Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi. Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-cü ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. Desert Eagle 600-dən çox film, televiziya şousu və video oyununda nümayiş etdirilərək populyar mədəniyyətdə geniş rol alıb. Magnum Research(en) CEO-su John Risdallın sözlərinə görə tapançanın kommersiya uğuru qismən onun filmlərdə istifadəsi ilə bağlıdır. ↑U. S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Fagus-castanea
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Vayu
Vayu, Wayuu, Wayu, Wayúu və ya Quaxiro, Guajiro, Wahiro Kolumbiyanın şimalında və Venesuelanın şimal-qərbində eyni adlı yarımadada Quaxira səhrasında yaşayan amerika yerlisi xalqdır. Aravakan dil ailəsinin Quaxiro dilində danışırlar. Əhali sayı Venesuelada 300 minə yaxın, Kolumbiyada isə 150 minə yaxındır.
Fagus sylvatica
Meşə fıstığı (lat. Fagus sylvatica) — pəncərkimilər fəsiləsinin fıstıq cinsinə aid bitki növü.
Hallux valgus
Hallux valgus — Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. (lat. hallux — baş ayaq barmaq; lat.
Harue Sato
Harue Sato (d. 1 yanvar 1976) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Riçard Vagner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Valua sülaləsi
Valua — 1328–1589-ci illərdə Fransada kral sülaləsi.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Valve Corporation
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Vanua-Levu
Vanua Levu (ing. Vanua Levu) — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı (ing. Sandalwood Island). Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur. Ada vulkanik və mərcan məşəllidir.
Vanze konfransı
Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze (alm. Am Großen Wannsee‎) küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (alm. Endlösung der Judenfrage‎), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi. Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi. Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı.
Avqur
Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu. Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Qaqum
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Vaqaus
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). Vaqif Quliyev — professor (1997), AMEA-nın müxbir üzvü (2014). Vaqif Fərəcov — Vaqif Gülməmmədov — Vaqif Məmmədov (əməkdar mühəndis) — Vaqif Süleymanov — Vaqif Səfərov — Vaqif İsaqoğlu — Vaqif Əliyev Vaqif Əliyev (nazir müavini) — Mədəniyyət nazirinin birinci müavini(2018–2023). Vaqif Əliyev (aktyor) — Azərbaycan Respublikasının xalq artisti (2002). Vaqif Əliyev (alim) — fizika-riyaziyyat elmləri doktoru. Vaqif Vəliyev Vaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Abdullayev Vaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Vaqner
Vaqner — Almaniya soyadı.
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Vaquas
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Vaqudi
Vağudi və ya Vaqudi — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır. Kəndin adı Ağudi toponiminin əvvəlinə "v" samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Lor, Axlatyan, Bukunis kəndlərindən ermənilər oraya köçürülmüşdür Sonra əhali qarışıq olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlılardan ibarət hissəsi Azərbaycana qovulmuşdur.
Vağudi
Vağudi və ya Vaqudi — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır. Kəndin adı Ağudi toponiminin əvvəlinə "v" samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Lor, Axlatyan, Bukunis kəndlərindən ermənilər oraya köçürülmüşdür Sonra əhali qarışıq olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlılardan ibarət hissəsi Azərbaycana qovulmuşdur.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.