Laqun[1][2][3][4] (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur. Özünün qorunma xüsisiyyətinə görə əlverişli təbiət biotopudur. Bura quş, balıq və yırtıcıların əlverişli yaşayış sahəsinə çevrilir. Əgər laquna iri çay axırsa bu zaman onun suyu hətta sirin ola bilər. Onun səviyyəsi bəzi hallarda dəniz səviyyəsindən yüksək olur. Buna misal kimi Kurş və Kalininqrad körfəzləri. Bu halda onlar faktiki olaraq limandırlar. Qara dəniz və Azov dənizində yerləşən xarici görünüş baxımından bu tip körfəzlər vardır ki, onlara çay tökülməsə də laqun adlanır.