Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hwarang: The Poet Warrior Youth
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Prince of Persia: Warrior Within
Prince of Persia: Warrior Within (azərb. Fars Şahzadəsi: Daxili döyüşçü‎) — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir. "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır. Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur.
Street Fighter II: The World Warrior
Street Fighter 2 (yap. ストリートファイタ 2, azərb. Küçə döyüşçüsü‎) - "Capcom" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan, döyüş oyunudur. == Geympley == Oyunçu hər oyunda kompyuterin seçdiyi rəqiblə qarşılaşır. Hər üç raunddan sonra oyunçu bonus raundlarına düşür. Burada, əsasən, maşını tam sındırmaq lazım gəlir. Bonus mini-oyunlar "Super Street Fighter II Turbo" arkad oyunundan silinmişdir. Lakin "Game Boy Advance" oyununda saxlanmışdır. == Maraqlı faktlar == Zangief personajı sonda qalib gəldikdən sonra onu təbrik etməyə SSRİ prezidenti gəlir. Bu prezident görkəminə görə Mixail Qorbaçova oxşayır.
Romantic Warriors
Romantic Warriors (azərb. Romantizm uğrunda müharibə‎) – Modern Talking qrupunun 5-ci albomudur. Bu albomun yalnız Jet Airliner (azərb. qırıcı təyyarə‎) sinqlı mövcuddur. Albom 1987-cı ildə çıxarılmışdır.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Romantic Warriors (albom)
Romantic Warriors (azərb. Romantizm uğrunda müharibə‎) – Modern Talking qrupunun 5-ci albomudur. Bu albomun yalnız Jet Airliner (azərb. qırıcı təyyarə‎) sinqlı mövcuddur. Albom 1987-cı ildə çıxarılmışdır.
Warriors (Imagine Dragons mahnısı)
"Warriors" (azərb. "Döyüşçülər"‎) — ABŞ rok qrupu Imagine Dragons tərəfindən bəstələnmiş mahnı. 2014-cü il League of Legends Dünya Çempionatının rəsmi musiqi videosunda istifadə edilmiş, həmçinin 2015-ci ildə FİFA Qadınlararası Dünya Çempionatının rəsmi mahnısı olmuşdur. Bunlardan əlavə, mahnı 2015-ci ildə Survivor Series-in rəsmi mahnısı olmuş, "Diverqent: Insurqent" filmində, USA Network-un "Koloniya" teleserialında və "Ecazkar qadın" filminin son rəsmi treylerində istifadə olunmuşdur. Sinql rəqəmsal şəkildə 18 sentyabr 2014-cü ildə buraxılmışdır. == Musiqi videosu == Mahnı ilk öncə League of Legends-in rəsmi YouTube kanalı vasitəsilə 17 sentyabr 2014-cü ildə paylaşılmışdır. Mahnı və video 2014-cü il League of Legends Dünya Çempionatını reklam etmək xarakteri daşıyırdı.
Romantic Warriors (Modern Talking albomu)
Romantic Warriors (azərb. Romantizm uğrunda müharibə‎) – Modern Talking qrupunun 5-ci albomudur. Bu albomun yalnız Jet Airliner (azərb. qırıcı təyyarə‎) sinqlı mövcuddur. Albom 1987-cı ildə çıxarılmışdır.
Universal Carrier
Universal Carrier Vickers-Armstrong və digər şirkətlər tərəfindən istehsal olunmuş olan Böyük Britaniya istehsalı olan zirehli transportyorlar üçün istifadə edilən ümumi təyinatdır. Asqı sistemi Horstmann asqı sistemi olub, yanacaq həcmi 91 L, əməliyyat mənzili 250 km, maksimum sürəti isə 48 km/saat olmuşdur. Bu texnika, İkinci Dünya müharibəsi zamanı Millətlər Cəmiyyəti qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Universal Carrier əsasən şəxsi heyətin və avadanlıqların, xüsusən də silahların və ya pulemyot platformalarının daşınması üçün istifadə olunmuşdur. Bu texnikadan ümumilikdə 113.000 ədəd istehsal edilmişdir ki, bu da onu tarixdə ən çox istehsal edilən zirehli döyüş maşınlarından birinə çevirmişdir.
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
Aqustin Pio Barrios Manqore
Aqustin Pio Barrios Manqore (isp. Agustín Pío Barrios Mangoré; 5 may 1885[…], San-Xuan-Bautista[d] – 7 avqust 1944, San Salvador) ― Paraqvay klassik gitaraçı və bəstəkarı. Barrios Avropa məkanında məşhurluq qazanmış ilk Cənubi Amerika gitaraçısıdır. Mütəxəssislər onu Andres Seqoviy və Nikkolo Paqanini ilə müqayisə edirlər. 1913―1929-cu illərdə o bir sıra ifa yazıları etmişdir. Barriosun irsi gitara üçün üç yüzdən çox əsəri təşkil edir, onların bir çoxu indiyə qədər nəşr edilməmişdir. Müasir gitaraçıların repertuarlarına onun «kafedral məbəd» süitası(isp. La Catedral), valsları, prelyudiları, variasiyaları və digər əsərləri daxildir.
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.