Golden State Warriors

Qolden Steyt UorriorzNBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu.

Qolden Steyt Uorriorz
Qolden Steyt Uorriorz loqosu
KonfransQərb
DivizionPasifik
Yaranma tarixi1946 (77 il əvvəl) (1946)
ArenaOracle Arena
YerABŞ Oakland, Kaliforniya
Klub rəngləriMavi, Sarı, Boz,
                   
CEOABŞ Joe Lacob (Əsas), Peter Guber
PrezidentABŞ
Komanda meneceriABŞ Bob Myers
Baş məşqçiABŞ Steve Kerr
Çempionluqlar5 (1947, 1956, 1975, 2015, 2017)
Konfrans titulları8

Şərq: 3 (1947, 1948, 1956)

Qərb: 6 (1964, 1967, 1975, 2015, 2016, 2017)
Diviziya titulları5 (1975, 1976, 2015, 2016, 2017)
İstefada olan nömrələr6 (13, 14, 16, 17, 24, 42)
SaytQolden Steyt Uorriorz
Formalar
Ev trikotajı
Komanda rəngləri
Ev
Səfər trikotajı
Komanda rəngləri
Səfər

1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

1946–1962: Filadelfiya Uorriorz[redaktə | mənbəni redaktə et]

Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.

1962–1971: San Fransisko Warriors[redaktə | mənbəni redaktə et]

1962-ci ildə Franklin Mieuli komandanın böyük bir qisimini satın aldı və San Fransiskoya daşıdı. Ayrıca komandanın adını "San Fransisko Warriors" olaraq dəyişdirdi. 1962-64 illərdə Warriors, matçlarını ümumiyyətlə Cow Palaceda oynadı. 1964-66 illərdə isə oyunlarını San Fransisko Civic Auditoriumda keçirtdi. 1963-64 mövsümündə finala yüksəlməsinə baxmayaraq Boston Seltiksə 4-1 məğlub oldu. 1965-ci ildə Rick Barry komandanın ulduzuna çevrilməyə başladı. O mövsüm Rick Barry İlin ən yaxşı gənci seçildi və 1966-67 mövsümündə finala qədər yüksəlməyi bacardılar, lakin finalda Filadelfiya Seventi Siksers ilə qarşılaşmalarda 4-2 məğlub oldular.

1971–1978: Golden State Warriors[redaktə | mənbəni redaktə et]

1971-ci ildə komandanın adı "Golden State Warriors" olaraq dəyişdirildi. 1971 və 1977-ci illər arasında yalnız 1974-cü il istisna olmaqla digər illərdə pley offlara qatılmağı bacardılar. 1974-75 mövsümü finalında "Vaşinqton Bullets" ilə qarşılaşmalarda 4-0 hesabı ilə qalib gələrək çempion oldular.

Oyunçular[redaktə | mənbəni redaktə et]

Qolden Steyt Uorriorz heyəti
Oyunçular Məşqçilər
Möv. Ad Boyu Çəkisi Doğum tarixi Haradan
M 21 İan Klark 6 ft 3 düym (1.91 m) 175 funt (79 kq) 1991–03–07 Belmont
M 30 Stefan Karri (K) 6 ft 3 düym (1.91 m) 190 funt (86 kq) 1988–03–14 Davidson
H 35 Kevin Durant 6 ft 9 düym (2.06 m) 240 funt (109 kq) 1988–09–29 Texas
H 23 Dreymond Qrin 6 ft 7 düym (2.01 m) 230 funt (104 kq) 1990–03–04 Miçiqan
S 9 Andre İqudala (K) 6 ft 6 düym (1.98 m) 215 funt (98 kq) 1984–01–28 Arizona
MO 15 Demian Cons 7 ft 0 düym (2.13 m) 245 funt (111 kq) 1995–06–30 Vanderbilt
M 34 Şon Livinqston 6 ft 7 düym (2.01 m) 192 funt (87 kq) 1985–09–11 Peoria Central HS (IL)
H 5 Kevon Luni 6 ft 9 düym (2.06 m) 220 funt (100 kq) 1996–02–06 UCLA
H 20 Ceyms Maykl MakAdu 6 ft 9 düym (2.06 m) 240 funt (109 kq) 1993–01–04 Şimali Karolina
M 0 Patrik MakKoy 6 ft 6 düym (1.98 m) 180 funt (82 kq) 1995–10–25 UNLV
MO 27 Zaza Paçulia 6 ft 11 düym (2.11 m) 275 funt (125 kq) 1984–02–10 Gürcüstan
M 11 Kley Tompson 6 ft 7 düym (2.01 m) 215 funt (98 kq) 1990–02–08 Vaşinqton
MH 18 Anderson Varejao 6 ft 11 düym (2.11 m) 273 funt (124 kq) 1982–09–28 Braziliya
H 3 Devid Uest 6 ft 9 düym (2.06 m) 250 funt (113 kq) 1980–08–29 Xavier
Baş məşqçi
Köməkçi məşqçi(lər)
  • Mayk Broun
  • Ron Adams
  • Carron Kollins
  • Vayl Grin

Legenda
  • (K) Komanda kapitanı
  • (OS) İmzasız oyunçu seçimi
  • (AA) Azad agent
  • (C) Cəzalı
  • Injured Zədəli

HeyətTransferlər
Son yenilənmə: 2016–07–09

Baş məşqçilər[redaktə | mənbəni redaktə et]

Baş məşqçilər Məşqçilik etdiyi müddət
Edward Gottlieb 1946–1955
George Senesky 1955–1958
Al Cervi 1958–1959
Neil Johnston 1959–1961
Frank McGuire 1961–1962
Bob Feerick 1962–1963
Alex Hannum 1963–1966
Bill Sharman 1966–1968
George Lee 1968–1970
Al Attles 1970–1980
Johnny Bach 1980
Al Attles 1980–1983
Johnny Bach 1983–1986
George Karl 1986–1988
Ed Gregory 1988
Don Nelson 1988–1995
Bob Lanier 1995
Rick Adelman 1995–1997
P. J. Carlesimo 1997–1999
Garry St. Jean 1999–2000
Dave Cowens 2000–2001
Brian Winters 2001–2002
Eric Musselman 2002–2004
Mike Montgomery 2004–2006
Don Nelson 2006–2010
Keith Smart 2010–2011
Mark Jackson 2011–2014
Stiv Kerr 2014–hazırda

Arenalar[redaktə | mənbəni redaktə et]

  • Filadelfiya Arena (1946–62)
  • Filadelfiya Convention Hall (1952–62)
  • Cou Palace (1962–64, 1966–71 ve 1975 NBA Finallarındakı 2 oyun)
  • San Francisco Civic Auditorium (1964–66)
  • USF War Memorial Gymnasium (1964–66)
  • San Diego Sports Arena (1971–1972 yalnız 6 oyun)
  • San Jose Arena (SAP Center) (1996–97)
  • Coliseum Arena/The Arena in Oakland/Oracle Arena (1966–67, 1971–96 və 1997-dən – indiyədək)

İstinadlar[redaktə | mənbəni redaktə et]