Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sweather Weather
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Heather Graham
Heather Graham (d. 29 yanvar 1970, Miluoki, Viskonsin, ABŞ), ABŞ aktrisası. 1989-ci ildə kinodakı ilk aktyorluq təcrübəsini yaşadığı Drugstore Cowboy ilə müsbət tənqidlər aldı. 2007-ci ildə baş rolunu Victor Rasuk ilə paylaşdığı Adrift in Manhattan adlı filmdə canlandırdığı diş həkimi "Rose Phipps" adlı personajla hər kəs tərəfindən bəyənildi. 2009-cu ildə çəkildiyi The Hangover filmində isə Detroit Film Critics Society tərəfindən verilmiş bir çox mükafatın da sahibi olmuşdur.
Tether
Tether (nişan: ₮) — ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biridir. Çoxları Tetherın kriptovalyuta dünyasındakı ticarət və pul köçürmə bazarındakı mövcud rolunun bu yeni maliyyə texnologiyalarının inkişafı və genişləndirilməsi üçün çox vacib olduğuna inanır. Tetherı idarə edən, iFinex, blockchaindəkı Tether dövriyyəsi tokenlərı qədər ABŞ dollarını (və ya avro kimi digər ümumi valyutaları) daima kənara qoyduğunu iddia edir. Tetherın ən məşhur tokenı, USDT adlanır və bu, dollarla dəstəklənir və dəyəri 1 dollardır. == Ən əhəmiyyətli xüsusiyyətləri == Qiymət sabitliyi: Tetherın qiyməti təxminən 1 ABŞ dollarına bərabərdir. Dəstəkli: Bu iddia, kriptovalyutalar dünyasındakı müşahidəçilər və mütəxəssislər tərəfindən davamlı sorğularla təsdiqlənir. Maliyyə Şəffaflığı: Tetherın maliyyə məlumatları canlı olaraq izlənilə bilir. Asan nağd olmaq: Tether mübadilə bazalarında asanlıqla nağd ola bilər. Təhlükəsizlik: Blockchain texnologiyası ilə Tether şəbəkəsinin təhlükəsizliyi təmin edilir.
Walther P88
Walther P88 - Walther şirkəti tərəfindən 1988-ci ildə konstruksiya edilmiş və polis qüvvələri üçün nəzərdə tutulmuş özüdolan tapança. İstehsalı 1996-cı ildə dayandırılmışdır.
Walther P99
Walther P99 — Almaniya istehsalı olan özüdolan tapanca. Walther şikrəti tərəfindən 1996-cı ildə konstruksiya edilib; 1999-cu ildə isə satışa çıxarılıb.
Esther Acebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Mather Braun
Mather Braun- (11 oktyabr 1761-ci ildə vəftiz olunub — 25 may 1831) Amerikalı rəssam. == Gənclik dövrü == O, Braun Qaven və Elizabet (Byles) Braunun oğlu idi. 1773-cü ildə (12 yaşında) Gilbert Stuartın şagirdi olub. O, Benjamin Vestin emalatxanasında təhsilini davam etdirmək üçün 1781-ci ildə Londona gəldi, 1782-ci ildə Kral Akademiyasının məktəblərinə daxil oldu. Bir il sonra rəsmlərini sərgiləməyə başladı. == Karyerası == 1784-cü ildə o, St. Mary's-in-the-Strand kilsəsi üçün iki dini rəsm çəkdi, bu da Braunun bu və digər əsərlərinin sərgi və qravüraların satışı vasitəsilə kommersiyalaşdırılması üçün rəssam Daniel Orme ilə tərəfdaşlıq qurmasına səbəb oldu. Çəkdiyi rəsm əsərlərinin arasında ingilis tarixindən səhnələrin böyük rəsmləri, eləcə də Şekspirin pyeslərindən səhnələr var idi. Onun ilk uğurları 1784–85-ci illərdə Con Adams və ailəsini çəkdiyi rəsm oldu. Bu rəsm indi Boston Afinadadır.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Forest Uitaker
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Forest Uiteyker
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. == Məzmun == Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Emmili de Forest
Emmili de Forest (tam adı: Emmili Şarlotta-Viktoriya de Forest, dan. Emmelie Charlotte-Victoria de Forest; 28 fevral 1993) — Danimarka müğənnisi. O, ifa etdiyi "Only Teardrops" mahnısı ilə "2013 Avroviziya Mahnı Müsabiqəsi"nin qalibi olmuşdur. == İlk illəri == Emmili Forestin atası isveçli, anası isə danimarkalıdır. O, 9 yaşından oxumağa, 14 yaşından isə şotland müğənni Freyzer Nil ilə əməkdaşlıq etməyə başlayıb. Onunla birlikdə Emmili bir çox konsert və festivallarda iştirak edib. 2011-ci ildə Emmili de Forest Kopenhagenə köçüb və burada öz təhsili davam etdirib. == 2013 Avroviziya Mahnı Müsabiqəsində iştirakı == 26 yanvar 2013-cü ildə Emmili "Dansk Melodi Grand Prix 2013" müsabiqəsinin seçmə mərhələsinin finalında iştirak edib və 2013-cü ildə İsveçin Malmö şəhərində təşkil olunan 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmək hüququ qazanıb. Müsabiqənin yarımfinalında Emmili de Forest "Only Teardrops" mahnısını ifa edərək finala çıxıb və finalda 281 xal toplayaraq qalib olub.
Nottingem Forest FK
Nottinqem Forest FK — İngiltərənin Nottinqem şəhərində yaradılan, oyunlarını 30,602 nəfərlik Siti Qraund stadionunda oynayan futbol klubu. Premyer Liqada mübarizə aparan klub İngiltərənin köklü klublarındandır.
Nottinqem Forest FK
Nottinqem Forest FK — İngiltərənin Nottinqem şəhərində yaradılan, oyunlarını 30,602 nəfərlik Siti Qraund stadionunda oynayan futbol klubu. Premyer Liqada mübarizə aparan klub İngiltərənin köklü klublarındandır.
The Forest (videooyun)
The Forest — Endnight Games tərəfindən hazırlanan və yayımlanan bir videooyun.
Anna De la Forest
Anna De la Forest (d. 24 iyun 1988; Turin, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Anna De la Forest İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Forest Qamp (film, 1994)
Forrest Qamp – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı romantik, komediya-dram janrında film. Film Vinston Qrumun eyni adlı romanı əsası üzərində çəkilsə də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Film qızıl kürə mükafatına layiq görülmüşdür. Baş aktyor Tom Henks isə bir neçə təşkilat tərəfindən dəfələrlə ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. 2011-ci ildə Konqres kitabxanası Forrest Qamp filmini Birləşmiş Ştatlar Beynəlmiləl Film Kadrlarında qorunmalı olan mədəni, tarixi və etik bir film olaraq seçdi. == Görüntü və səs effektləri == Sözü gedən dövrü mümkün qədər yaxşı canlandırmaq üçün geniş musiqi arxivi toplanmışdır. Film musiqisi bütün dünyada 12 milyondan daha çox satılaraq ən çox satılan albomlardan biri olmuşdur.
The Forest (Video Oyun)
Sons of the Forest
Sons of the Forest —"Endnight Games" tərəfindən istehsal edilmiş və "Newnight" tərəfindən yayımlanmış survival horror videooyunu. Bu, 2018-ci ildə buraxılmış "The Forest" videooyununun sikvelidir. Oyun "Microsoft Windows" üçün erkən giriş vasitəsilə 23 fevral 2023-cü ildə buraxılmışdır.