Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wyeth
Wyeth və ya əvvəlki adı ilə American Home Products Corporation – ABŞ dərman şirkəti.
Watch
"Watch" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. 29 iyun 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən mini-albomun üçüncü sinqlı olaraq buraxılıb.
French Exit
French Exit — amerikan indi-pop qrupu TV Girl-in ilk studiya albomu. 5 iyun 2014-cü ildə qrupun özü tərəfindən buraxılıb. Qrupun dediyinə görə albomda yer alan mahnılar "cazibəni itirmək, sevgidən sıxılmış hiss etmək və münasibətlərdə kifayət qədər sevgi əldə etməməkdən" bəhs edir. == Fon == "French Exit" üçün səsyazma seansları zamanı yazılan bəzi mahnılar yekun albomun trek siyahısında yer almayıb. Bu çıxarılan mahnılar daha sonra "The Night in Question: French Exit Outtakes" adlı mini-alboma daxil edilib. Albom TikTok-da, xüsusən Spotify-da 537 milyon dəfədən çox yayımlanan "Lovers Rock" mahnısı ilə böyük populyarlıq qazandı. Albomun üz qabığında Meri Li Qoulandın 1969-cu ildə nəşr olunmuş Tender Bough adlı poeziya toplusundan götürülmüş redaktə edilmiş fotoşəkil var. Şəkil Merinin atası Piter Qould tərəfindən çəkilib. Albomun layner qeydlərində fotonun Merinin icazəsi ilə albomun üz qabığı kimi istifadə edildiyi qeyd edilir. == Trek siyahısı == Sample credits "Birds Don't Sing" contains samples of "Seven Minutes in Heaven", performed by the Poni-Tails.
Apple Watch
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur. 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır. "Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim edir. Onlardan hər biri "Apple" tərəfindən "Series" olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan "Series 1" və "Series 2" adlı iki seriyaya bölünüb. 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür. 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.
Watch Dogs
Watch dogs - Ubisoft Montreal tərəfindən hazırlanan, Ubisoft tərəfindən satışa çıxarılan açıq-dünya aksion-macəra oyunudur. Bu oyun 27 may 2014-cü il tarixində satışa çıxarılmışdır. Oyundakı hadisələr Amerikanın Çikaqo şəhərində cərəyan edir. Baş qəhrəman Aiden Pearce yüksək ixtisaslı hackerdir. O şəhərin operativ sistemi ilə əlaqədar olan və onları kontrolda saxlamaq üçün lazım olan hər bir cihaza çıxış əldə edə bilir. Bu oyunun şüarı belədir: "Hər şey qarşılıqlı təsir ilə biri o birinə bağlıdır, əlaqə - bu gücdür". Watch dogs-da olacaq bütün hadisələr açıq dünyada olacaq. Həmçinin, Gameplay özündə gizli elementləri - mobil əlaqəni, işıqforları, idarə etməni, müşahidəni cəmləşdirir. Bu oyun təkcə tək oyunçulu deyil, həm də korporativ çox oyunçulu rejimdə də mövcuddur.
Heim ins Reich
"Heim ins Reich" (Almanca tələffüz: [ˈhaɪm ʔɪns ˈʁaɪç] ( dinlə); alman dilindən – "Reyx bizim evimizdir", "Reyxin evi") — 1938-ci ildə Almaniya füreri Adolf Hitler tərəfindən elan edilmiş, alman xalqını toplamaq və Nasist Almaniyasından kənarda yaşayan bütün folksdoyçenin milli kimliyini gücləndirmək üçün nəzərdə tutulmuş siyasi doktrina və tədbirlər sistemi. Bu ictimai-siyasi şərait bir daha alman məsələsini həll etməyə, Nasist Almaniyasına xas olan xarici və daxili siyasətin ideoloji rəhbərlərinə və yeni metodlarına əsaslanaraq pangermanizmi gücləndirməyə yönəlmişdi. "Heim ins Reich" siyasətinin hədəfində olan əsas əhali qrupları avstriyalılar və folksdoyçe, Polşanın bir sıra qərb vilayətləri (Sileziya), Sudetland və Versal sülh müqaviləsi nəticəsində Almaniyadan götürülən ərazilər idi. Proqramın məqsədi alman diasporunun üzvlərini Almaniyaya geri qayıtmaq, alman xalqına reinteqrasiya etmək idi. "Heim ins Reich" siyasətinin həyata keçirilməsini 1941-ci ildə SS departamentlərindən birinə çevrilən Folksdoyçe Mittelştelle şöbəsi həyata keçirmişdir. == İstinadlar == == Ədəbiyyat == Lars Bosse: Volksdeutsche Umsiedler im „Reichgau Wartheland“, Magisterarbeit Christian-Albrechts-Universität, Kiel 1992. Günther Pallaver, Leopold Steurer (Hrsg.): Deutsche! Hitler verkauft Euch! Das Erbe von Option und Weltkrieg in Südtirol, Bozen 2011.
Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi‎) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib. == Tarixi == Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.
Watch My Dance
Watch My Dance — 2011 Avroviziya Mahnı Müsabiqəsi mahnısı.
Ein Volk, ein Reich, ein Führer
Ein Volk, ein Reich, ein Führer — Azərbaycan dilində “Tək Xalq, tək İmperiya, tək Lider” mənası verən nasional-sosialistlərin təbliğat sözü və qanunudur (prinsip). Bu prinsip Üçüncü Reyxin xarici siyasətinin əsasını formalaşdırmışdır. Adolf Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra bu məqsədə doğru addım irəliləmişdir və onu reallaşdırmağa başlamışdır. 1934-cü ildə Almaniya ilə Avstriyanın birləşdirilməsi üçün etdiyi ilk cəhd uğursuzluqla nəticələndi. Ancaq bundan sonra Versal sülh müqaviləsinə görə Fransaya verilmiş olan Saar əyaləti referendum yolu ilə yenidən Üçüncü Reyxə birləşdirildi. 1938-ci ildəki ikinci anşlüs cəhdi isə uğurla nəticələnmişdir və 1938-ci ilin mart ayında Avstriya Almaniyaya birləşdirilmişdir. Həmin ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya birləşdirilməsi üçün bu ölkəyə təzyiqlərə başladı. 1938-ci ilin sentyabr ayında baş tutmuş olan Münhen Konfransında əvvəlcə Sudet vilayəti, daha sonra isə bütün Çexoslovakiya Almaniyaya birləşdirilmişdir. Hitler “Tək Xalq, tək İmperatorluq, tək Lider” şüarını böyük miqyasda həyata keçirdikdən sonra xarici siyasətinin ikinci mərhələsi olan Lebensraum (həyat sahəsi) üçün fəaliyyətə başladı. Lebensraum, dünyanın supergücü halına gətirmək istədiyi Almaniya üçün mərkəzi bölgə hakimiyyətinin şərt olduğunu fikirləşən Hitlerin müharibə səbəblərindən biri idi.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.