Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur.[1][2] 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır.[3][4]
"Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim edir.[5] Onlardan hər biri "Apple" tərəfindən "Series" olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan "Series 1" və "Series 2" adlı iki seriyaya bölünüb.[6] 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür.[7] 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.[8]
Hər bir seriya ilkin olaraq saat korpusunun materialı, rəngi və ölçüsü ilə müəyyən edilən çoxsaylı variantlarda satılır.[6][9][8] "Series 3"dən başlayaraq, digər materiallarla birlikdə standart olaraq gələn LTE mobil bağlantısı üçün alüminium variantlarda seçim təqdim edilmişdir. Saata daxil olan lent "Apple"ın təqdim etdiyi bir neçə variant arasından seçilir. "Nike" ilə birgə hazırlanmış alüminiumdan və "Hermes" ilə birgə markalanmış paslanmayan poladdan hazırlanmış saat variantları da təklif olunur.[10]
2019-cu ilin dekabrında Nyu-York Universitetinin kardioloqu Cozef Vizel "Apple Watch"ın qulaqcıqların fibrilasiyasını aşkar etmək üçün patentləşdirilmiş metodu pozduğu iddiası ilə "Apple" şirkətini məhkəməyə vermişdi. Vizel patentin təfərrüatlarını 2017-ci ilin sentyabrında "Apple" ilə paylaşdığını və şirkətin danışıqlardan imtina etdiyini bildirmişdir.[11]