Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xisal (kitab)
Xisal (ərəb. خصائص أمير المؤمنين‎) (azərb. Xislətlər‎) — Şeyx Səduqun kitabı. == Məzmun == “Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır. Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur. Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır. == Nəşr == Kitab 2013-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Xisal (Xislətlər)" ( (az.)).
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Hisar
Hisar (Bükan)
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Misqal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
Adolf Assal
Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981, İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri. == Həyatı == Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
İşğal
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır. == Əlamətlər == Müvvəqəti missiya ya qeyri müəyyən status Təcavüzə məruz qalan ölkənin vacibliyi Müharibə vəziyyətinin mövcudluğu Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması == Növləri == Müharibə şəraitində işğal; IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır.
Əmsal
Əmsal (lat. co (cum) — "birgə" və lat. efficients — "edən") — dəyişənin qarşısında duran və dəyişənə vurulan ədəd (və ya hərf). Məsələn: 5a, 2d, 6t və s. Burada 5, 2, 6 əmsallardır. Başqa bir nümunə: a x 2 + b x + c {\displaystyle ax^{2}+bx+c} -kvadrat tənlik forması burada a , b {\displaystyle a,b} əmsal, x {\displaystyle x} dəyişən, c {\displaystyle c} isə sərbəst həddir.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir. Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.