Xisal (kitab)

Xisal (ərəb. خصائص أمير المؤمنين‎) (azərb. Xislətlər‎) — Şeyx Səduqun kitabı.

Xisal
ərəb. الخصال
Müəllif Şeyx Səduq
Janr Hədis
Orijinalın dili Ərəbcə
Ölkələr Azərbaycan Azərbaycan
Tərcüməçi Müşfiq MehdibəyliMikayıl Əlizadə
Seriya Hədis kitabları silsiləsi
Nəşriyyat Qədim Qala
Səhifə 208
ISBN ISBN 978-9952-8190-5-2

Məzmun[redaktə | mənbəni redaktə et]

“Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır.

Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur.

Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır.

Nəşr[redaktə | mənbəni redaktə et]

Kitab 2013-cü ildə Müşfiq MehdibəyliMikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xisal (Xislətlər)" (az.)). qedimqala.az. 2013. 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-07.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]