Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xruşşovun yumşalma siyasəti
Xruşşovun yumşalma siyasəti (rus. хрущёвская о́ттепель) — Sovet İttifaqında 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində Nikita Xruşşov dövründə istifadə edilən termin. Sovet İttifaqında siyasi repressiya və senzuranın nisbətən azaldığı, destalinizasiya prosesi ilə yanaşı, QULAQ düşərgələrində çoxlu siyasi məhbusların təxliyə edildiyi və digər xalqlarla dinc yanaşı yaşama siyasətinin qəbul edildiyi dövrə aiddir. Dövrün başlanğıcı 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra mümkün oldu. Partiyanın baş katibi Xruşşov Kommunist Partiyasının 20-ci Qurultayında gizli çıxışında keçmiş baş katib Stalini açıq şəkildə pisləyib. Sonra Kremldəki hakimiyyət mübarizəsində stalinistləri idarədən uzaqlaşdırdı. Bu termin İlya Erenburqun 1954-cü ildə yazdığı "Ərimə" (Оттепель) əsərindən gəlir. Ərimə prosesi Sovet İttifaqı və Şərq bloku ölkələrində bəzi iqtisadi islahatlar, beynəlxalq ticarət, təhsil və mədəniyyət sahələrində əlaqələr, festivallar, xarici yazıçıların kitablarına, xarici filmlərə, incəsənət şoularına, Qərbin populyar musiqisinə, rəqslərinə və yeni modalara daha asan çıxış təmin etdi. Bu dövrdə Xruşşov tərəfdarları ilə stalinistlər arasında hakimiyyət mübarizəsi heç vaxt bitmədi.
Zəlzələnin yaranma mexanizmi
Zəlzələnin yaranma mexanizmi — Zəlzələqabağı hansı əlamətlərin yaranacağını qabaqcadan müəyyənləşdirə bilən nəzəriyyədir ki, bu da zəlzələlərin proqnozlaşdırılması üçün mühümdür. Hələ də belə bir dürüst nəzəriyyə olmadığindan, zəlzələnin proqnozlaşdırılması məsələsi həll edilməmişdir. Zəlzələ — Yer qabığında və yuxarı mantiya qatında deformasiyanın möhkəmlik həddinə çatması nəticəsində müəyyən hissələrdə baş verən qirilmanı müşayiət edən titrəyişdir. Qırılma, sınma təsadüfı hadisə olduğundan bu modelə görə zəlzələnin proqnozu mümkün deyil nəticəsi çıxır. Zəlzələnin proqnazlaşdırılması — zəlzələnin nə vaxt, harada hansı güclə olacağını qabaqcadan bildirməkdir. Bu problemi həll etmək üçün zəlzələnin bir qırılma hadisəsi olması ideyasından əl çəkilməlidir. Zəlzələnin hansı əlamətlərinin olacağını qabaqcadan söyləyə bilən qravitasiya qüvvələrinə xəssas geoblokların rəqsi modelini yaratmaq lazım olduğu söylənilir. == Ədəbiyyat == Ramiz Hüseynov. Bir daha zəlzələnin proqnozlaşdırılması haqqında. Elm və həyat jurnalı.
Quşların yaşama yerləri
Dünyada 9000 növə qədər quş məlumdur. Onların ərazidə yerləşməsi ətraf mühit şəraitindən asılıdır. Yaşama şəraiti müxtəlif olan yerlərdə quş da çoxdur. Məsələn, Azərbaycanın ərazisi Rusiyanın ərazisinin cüzi bir hissəsi qədərdir. Lakin Rusiyada olan quş növlərinin yarıya qədəri Azərbaycan faunasına da daxildir. Bunlar yaşama yerinə görə bir sıra qrupa ayrılırlar. Ağaclıq və kolluq quşları; açıqlıq sahə quşları; sahil quşları; su quşları; sinantrop quşlar. == Meşə və kolluq quşları == İlk quşlar meşədə əmələ gəliblər. Ona görə də təbiidir ki, ağaclıq və kolluq quşları çoxdur. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə bağlıdır.
Terminator: Yaranma (film, 2015)
Terminator: Yaranma (ing. Terminator Genisys) — 2015-ci ildə Alan Teylor tərəfindən çəkilmiş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Terminator: Yaranma — Internet Movie Database saytında.
Azərbaycan ixtiraları və kəşflərinin yaranma tarixi
Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir. == Qafqaz Alban mədəniyyəti == Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar. Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir. Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir. Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir. == Musiqi == Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.