Zəlzələnin yaranma mexanizmi — Zəlzələqabağı hansı əlamətlərin yaranacağını qabaqcadan müəyyənləşdirə bilən nəzəriyyədir ki, bu da zəlzələlərin proqnozlaşdırılması üçün mühümdür. Hələ də belə bir dürüst nəzəriyyə olmadığindan, zəlzələnin proqnozlaşdırılması məsələsi həll edilməmişdir.
Zəlzələ — Yer qabığında və yuxarı mantiya qatında deformasiyanın möhkəmlik həddinə çatması nəticəsində müəyyən hissələrdə baş verən qirilmanı müşayiət edən titrəyişdir. Qırılma, sınma təsadüfı hadisə olduğundan bu modelə görə zəlzələnin proqnozu mümkün deyil nəticəsi çıxır.
Zəlzələnin proqnazlaşdırılması — zəlzələnin nə vaxt, harada hansı güclə olacağını qabaqcadan bildirməkdir. Bu problemi həll etmək üçün zəlzələnin bir qırılma hadisəsi olması ideyasından əl çəkilməlidir. Zəlzələnin hansı əlamətlərinin olacağını qabaqcadan söyləyə bilən qravitasiya qüvvələrinə xəssas geoblokların rəqsi modelini yaratmaq lazım olduğu söylənilir.