Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Xoralı sinaqoqu
Böyük xor sinaqoqu – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir. == Tarixi == 1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur. Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi. Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir. Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.
Baba Yara stadionu
Baba Yara stadionu (ing. Baba Yara Stadium) və ya əvvəlki adı ilə Kumasi Sports stadionu (ing. Kumasi Sports Stadium) — Qananın Kumasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,528 nəfərdir ki, bu göstəriciyə görə Qananın ən böyük stadionudur. "Asante Kotoko" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. == Haqqında == 1991-cı il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991–1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010).
Xorablı
Xorablı (fars. خورابلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xoalı
Xoalı (vyet. Hoa Lư) — Vyetnamın keçmiş paytaxtı, Daykovyetin siyasi, iqtisadi və mədəni mərkəzi idi (X əsr). Xoalı üç Vyetnam sülaləsinin yarandığı yerdir: Din, Erkən Le və Li. Köhnə şəhər xarici və daxili qalalar da daxil olmaqla təxminən 300 hektar əraziyə malikdir, dağlarla əhatə olunmuşdur. Kral Li Konq Uan 1010-cu ildə paytaxtı Txanlonq şəhərinə köçürmüşdü. Köhnə Xoalı qalası dağıdılmışdır və şəhərin ən erkən tarixi abidələri Din sülaləsinə – X əsrin ikinci yarısına aiddir. Xoalıda Din Tyen Xoanq və oğullarının məbədləri, Le Day Xanyuya, kraliça Zıonq Van Nqa və oğullarına həsr olunmuş Le məbədi var. İnzibati cəhətdən qədim Xoalı şəhəri Ninbin vilayətinin eyniadlı mahalında yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyatı == Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Quang Vinh, Vua Lê Đại Hành (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 1998. Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Đức Hòa, Cờ Lau Vạn Thắng Vủỏng (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 2005.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Ağbulaq (Xocalı)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Ağgədik (Xocalı)
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.
Başkənd (Xocalı)
Başkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Ballıca çayının sahilində, Mıxtökən dağının ətəyindədir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Başkənd Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olub, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Dağdağan (Xocalı)
Dağdağan — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Krasnıy adlandırılır. Qarabağ silsiləsinin ətəyindədir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdağan kəndinin əhalisinin əhalinin sayı 213 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağdağan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. == Etimologiyası == Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Fitotoponimdir. Azərbaycanda bu bitkinin adı ilə Dağdağan dağı (Xanlar və Şahbuz rayonları), Dağdağanlı dərə (Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonları), Dağdağanlı Qobu (Şəki), Dağdağanlıdüz (Cəbrayıl), Dağdağan təpəsi (Xocavənd) və s. oronimlər də qeydə alınmışdır.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbulaq (Xocalı)
Daşbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Astxaşen adlandırılır. == Tarixi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır. == Daşbulaq çayı == Xocalı rayonu ərazisində çay.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Dəmirçilər (Xocalı)
Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. == Tarixi == Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır. Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd. Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. == Tarixi == Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu dövrdə ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılıb, əhalisi isə didərgin salınmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Mikayıllı (Xocalı)
Mikayıllı — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.
Qızıloba (Xocalı)
Qızıloba (əvvəlki adı: Qarmiküc (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Qarmiküc kəndi Qızıloba kəndi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qızıloba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == Qızıloba kəndi Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını Qarmirküg (qırmızı kənd) adlandırmışdılar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qızıloba kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 170 nəfər təşkil edirdi.
Qışlaq (Xocalı)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.