Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyükağa Yusibli
Böyükağa Yusibli (1 sentyabr 2000, Kəbirli, Beyləqan rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Böyükağa Yusibli 1 sentyabr 2000-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində Elbrus Yusifovun və Ülviyyə Yusifovanın ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə orta təhsil almışdır. Asudə vaxtlarında poeziya ilə məşğul olub şeir yazmışdır. Subay idi. == Hərbi xidməti == Böyükağa Yusibli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Böyükağa Yusibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı-operator olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.