Böyükağa Yusibli (1 sentyabr 2000, Kəbirli, Beyləqan rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Böyükağa Yusibli | |
---|---|
Böyükağa Elbrus oğlu Yusibli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 2000 |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018–2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | tuşlayıcı-operator |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Böyükağa Yusibli 1 sentyabr 2000-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində Elbrus Yusifovun və Ülviyyə Yusifovanın ailəsində anadan olmuşdur.[1] 2006–2017-ci illərdə orta təhsil almışdır. Asudə vaxtlarında poeziya ilə məşğul olub şeir yazmışdır. Subay idi.
Böyükağa Yusibli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Böyükağa Yusibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı-operator olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Böyükağa Yusibli 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]