Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Böyük ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Kiçik ağ vağ
Kiçik ağ vağ (lat. Egretta garzetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin ağ vağ cinsinə aid heyvan növü.
İri ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Bağ
Bağ (anatomiya)
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Vağ
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. == Cinsləri == === Yarımfəsilə Tigrisomatinae === ==== Cins Cochlearius ==== Qayıq dimdikli vağ (Cochlearius cochlearius) Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) ==== Cins Tigriornis ==== Afrika pələng vağı (Tigriornis leucopha) ==== Cins Zonerodius ==== Zonerodius heliosylus === Yarımfəsilə Botaurinae === ==== Cins Zebrilus ==== Zebrilus undulatus ==== Cins Ixobrychus ==== Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis ==== Cins Botaurus ==== Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus === Yarımfəsilə Ardeinae === ==== Cins Nycticorax ==== Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) ==== Cins Nyctanassa ==== Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) ==== Cins Gorsachius ==== Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus ==== Cins Butorides ==== Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) ==== Cins Agamia ==== Agamia agami ==== Cins Pilherodius ==== Pilherodius pileatus ==== Cins Ardeola ==== Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris ==== Cins Bubulcus ==== Misir vağı (Bubulcus ibis) ==== Cins Ardea ==== Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata ==== Cins Syrigma ==== Fit çalan vağ (Syrigma sibilatrix) ==== Cins Egretta ==== Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes ==== Cins Mesophoyx ==== Mesophoyx intermedia == Azərbaycanda yayılması == Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris) 2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Yağ
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı) Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
ZAZ
İzabel Jeffrua (fr. Isabelle Geffroy, 1 may 1980) — Fransa müğənnisi. == Həyatı == İzabel Jeffrua 1 may 1980-ci ildə Fransanın Tur şəhərində doğulub. 2001-ci ildə tanınmağa başlayıb. Məşhur fransız müğənni Zaz Türkiyənin 52-ci Beynəlxalq Bursa Festivalında qonaq olub. == Albomları == === Sinqları === «Je veux» (2010) «Le long de la route» (2010) «La fée» (2011) «Éblouie par la nuit» (2011) «On ira» (2013) == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Arxivləşdirilib 2012-12-24 at the Wayback Machine Немецкий официальный сайт (alm.) Страница ZAZ на Myspace Страница ZAZ на Facebook Интервью с певицей Arxivləşdirilib 2011-01-29 at the Wayback Machine Дмитрий Гусев. "Певица ZAZ – музыкальное откровение". russian.rfi.fr. 18.03.2011. 2012-05-10 tarixində arxivləşdirilib.
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Zağa
Zağə
Zağə
Zağə— İranın Luristan ostanının Xürrəmabad şəhristanının Zağə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,839 nəfər və 618 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Bayranvənd və Bacolvənd ellərindən ibarətdir və lur və lək dillərində danışırlar.
Zığ
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. == Tarixi == Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Adi zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Zığ-zığ quşu
Zığ-zığ quşu (ing. Mockingjay) – 2010-cu il Suzanna Kolins tərəfindən yazılan elmi-fantastik roman. Bu, Aclıq Oyunları triologiyasının ən axrıncı buraxılmış romanıdır. Seriyanın ilk romanı 2008-ci il yazılmış Aclıq Oyunları, ikincisi isə 2009-cu ildə yazılmış Güclənən Alovdur. Roman iki filmə uyğunlaşdırılıb. Birincisi 21 noyabr 2014, ikincisi 20 noyabr 2015-ci il yayınlanıb. Roman Cənubi Amerikada, Ketnis Everdinin əvvəlki oyundan sağ çıxıb, gözlərini Paytaxtın dağıtdını fikirləşdiyi 13. mahalda açması ilə başlayır. == İlham və İnkişaf == Kolins deyir ki, Aclıq Oyunları seriyasının əsas ilhamı Zevs və Minotavrın hekayəsindən gəlir. Yunan mifinə əsasən, Kral Minosun oğlu Andregenosun öldürülməsinə cəza olaraq, Afina 7 oğlan və 7 qızı Kritə qurban verməli idi.
Adi mavi zığ-zığ
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur. TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.