Adi ziyilotu
Adi ziyilotu və ya adi ziyilsəbət (lat. Lapsana communis) — mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır.
== Çiçək ==
Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur.
== Meyvə ==
Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir.
== Çiçəkləməsi ==
(May) İyun-Avqust
== Meyvə verməsi ==
İyul-Sentyabr
== Azərbaycanda yayılması ==
BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ.