Adi ziyilotu

Adi ziyilotu və ya adi ziyilsəbət (lat. Lapsana communis)[2]mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü.[3] Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir.

Adi ziyilotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır.

Çiçək[redaktə | mənbəni redaktə et]

Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur.[4]

Meyvə[redaktə | mənbəni redaktə et]

Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

(May) İyun-Avqust

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyul-Sentyabr

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ. Aşağı və orta dağ qurşağında subalpa qədər.

Yaşayışı mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, dağ çəmənlərində və bəzən bağlarda alaq kimi rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 811.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı: Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası. Bakı: 2009.
  4. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016