Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çertyoj
Çertyoj - əşyaların hər hansı informasiya daşıyıcısı (kağız, kalka, plyonka, faner və s.) üzərində, müəyyən miqyasa uyğun olaraq, qrafik obrazlar, yəni nöqtə, düz və əyri xətt parçaları, simvollar, şərti işarələr və s. vasitəsilə təsviri (və ya proyeksiyalanması). Çertyojdan mətn illüstrasiyası kimi və yaxud məmulatı hazırlamaqdan ötrü tərtib olunan sənədlərin tərkibində istifadə olunur. Çox vaxt izahlı yazılarda, texniki tələblərdə, məmulatın hazırlamasına dair göstərişlərdə təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir == Çertyoj == Azərbaycan Sovet Ensiklopediyası - X cild. səh. 321.
Çertyojçu
Çertyojçu — mühəndis və arxitektorların istiqamət verməsi ilə texniki çertyojlar hazırlayan şəxsdir. Əvvəlki dövrlərdə çertyojçular çertyoj taxtaları önündə oturur və karandaş, qələm, kompas, üçbucaq və düz xətkeşlər və digər vasitələrdən istifadə edərək əllə çertyoj çəkirdilər. 1980–1990-cı illərdə CADD sistemləri ortaya çıxmaqla çertyoj taxtalarını istifadədən uzaqlaşdırmağa başladı. Bu sistemlər çertyojların daha sürətli hazırlana bilməsinə səbəb oldu. CADD yolu ilə çertyoj çəkənlər CADD operator da adlanırlar.
Çertkov tarix-diyarşunaslıq muzeyi
Çertkov tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Çertkov rayonu, Çertkov qəsəbəsində yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346000, Rostov vilayəti, Çertkov r, Çertkov q, Pionerski x, ev 27 == Tarixi və təsviri == Rostov vilayətinin Çertkov rayonu, Çertkov qəsəbəsində yerləşən diyarşunaslıq muzeyi Çertov rayon ispolkomu, Xalq deputatlar sovetinin 1983-cü il 21 sentyabr №368 saylı əmri ilə təsis edilmişdir. Muzey Pionerski xiyabanı ev 27-də yerləşirdi. Hazırda muzey qeyri kommersiya təşkilatı olaraq fəaliyyət göstərir. Muzey yerli buccənin hesabına fəaliyyətdədir. Rayon mülkiyyətindədir. Muzeyin direktoru Vladimir Filippoviç Olipirdir. Muzeyin ekspozisiyası əsasən yerli əhali tərəfindən Çertkov rayonunda aparılan axtarış işləri zamanı toplanmışdır. Burada ümumilikdə 2706 ədəd eksponat toplanmışdır ki, onunda əsasını şəkillər, sənədlər, tarixi və mədəni əhəmiyyət daşıyan əşyalardan ibarətdir. Burada həmdə rayonun sakinləri tərəfindən əldə etidən medal və ordenlər belə nümayiş etdirilir. Burada idmançıların kubok və medalları, şəkilləri belə görmək mümkündür.
Çertkov rayonu (Rostov vilayəti)
Çertkovski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Çertkovo şəhəridir. Rostov-na-Donu şəhərindən 320 km məsafədə yerləşir. == Tarixi == 1920-ci ildə mərkəzi Mankovo-Kalitvenskoe olan Dones dairəsində Leono-Kalitvinski rayonu təşkil edilmişdir. 10 yanvar 1934-cü ildə rayonun adı Çertkovski, şəhərin adı isə Çertkovo olaraq dəyişdirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayəti ərazisinə daxil idi. 1959-cu ildə Alekseevo-Lozovski rayonunun ərazisi ona birləşdirilmişdir. 1 fevral 1963-cü ildə rayon ləğv edilərək Malçevski rayonuna birləşdirilmişdir. 1965-ci ildə isə rayon yenidən təşkil edilmişdir == Coğrafiya == Çertkovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukrayna, şimalda isə Voronej vilayəti ilə sərhədlənir.