Çertkovski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Çertkovo şəhəridir. Rostov-na-Donu şəhərindən 320 km məsafədə yerləşir.
rayon | |
Çertkovski | |
---|---|
49°22′43″ şm. e. 40°09′01″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1920 |
Sahəsi | 2.766 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86387 |
Digər | |
chertkov.donland.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
1920-ci ildə mərkəzi Mankovo-Kalitvenskoe olan Dones dairəsində Leono-Kalitvinski rayonu təşkil edilmişdir. 10 yanvar 1934-cü ildə rayonun adı Çertkovski, şəhərin adı isə Çertkovo olaraq dəyişdirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayəti ərazisinə daxil idi. 1959-cu ildə Alekseevo-Lozovski rayonunun ərazisi ona birləşdirilmişdir. 1 fevral 1963-cü ildə rayon ləğv edilərək Malçevski rayonuna birləşdirilmişdir. 1965-ci ildə isə rayon yenidən təşkil edilmişdir[2]
Çertkovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukrayna, şimalda isə Voronej vilayəti ilə sərhədlənir. Burada Rusiya-Ukrayna sərhədi keçir. Faydalı qazıntılardan gil, qum, daş və çınqıl çıxarılır.
Rayon əhalisinin sayı 34 619 min nəfər təşkil edir.
Çertkovski rayonu ərazisinə 14 kənd yaşayış məntəqəsi daxil edilmişdir:
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon ərazisində 40 taxılçılıq istiqamətli müəssisə fəaliyyət göstərir.
Çertkovo qəsəbədindən Rostov-na-Donu—Moskva avtomagistralına məsafə 35 km-dir. Çertkovo dəmir yolu stansiyası Rostov-na-Donu—Voronej—Moskva dəmiryolu xəttinin üzərində yerləşir.