Çertkov tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Çertkov rayonu, Çertkov qəsəbəsində yerləşən diyarşunaslıq muzeyi
Çertkov tarix-diyarşunaslıq muzeyi | |
---|---|
rus. Чертковский историко-краеведческий музей | |
Əsası qoyulub | 1967 |
Ölkə | |
Yerləşir | , Rusiya |
Direktor | Vladimir Filippoviç Olipir |
49°23′03″ şm. e. 40°09′08″ ş. u. | |
chertkovo-muzey.ru |
Muzeyin adresi: 346000, Rostov vilayəti, Çertkov r, Çertkov q, Pionerski x, ev 27
Rostov vilayətinin Çertkov rayonu, Çertkov qəsəbəsində yerləşən diyarşunaslıq muzeyi Çertov rayon ispolkomu, Xalq deputatlar sovetinin 1983-cü il 21 sentyabr №368 saylı əmri ilə təsis edilmişdir. Muzey Pionerski xiyabanı ev 27-də yerləşirdi. Hazırda muzey qeyri kommersiya təşkilatı olaraq fəaliyyət göstərir. Muzey yerli buccənin hesabına fəaliyyətdədir. Rayon mülkiyyətindədir. Muzeyin direktoru Vladimir Filippoviç Olipirdir.
Muzeyin ekspozisiyası əsasən yerli əhali tərəfindən Çertkov rayonunda aparılan axtarış işləri zamanı toplanmışdır. Burada ümumilikdə 2706 ədəd eksponat toplanmışdır ki, onunda əsasını şəkillər, sənədlər, tarixi və mədəni əhəmiyyət daşıyan əşyalardan ibarətdir. Burada həmdə rayonun sakinləri tərəfindən əldə etidən medal və ordenlər belə nümayiş etdirilir. Burada idmançıların kubok və medalları, şəkilləri belə görmək mümkündür. Rayonun təbiətşunaslıq bölməsində burada yaşayan heyvanların müqəvvaları vardır. Onlar arasında maral, samur və quşları görmək mümkündür.
Muzeyin əsas ekpozisiyası Böyük Vətən müharibəsi dönəminə aiddir. Burada bu dövrə aid avtomat, ratsiya, silah üçün yeşiklər, hərbi dəbilqələr, silahlar, mina və digər predmetlər.
Çertkov tarix-diyarşunaslıq muzeyində nümayişlər təşkil edir. Burada gecə muzeyləri təşkil edir. Muzey əməkdaşları məktəblilərə mühazirələr oxuyur. İl ərzində muzeyi 3300 nəfər (2015)[1] ziyarət edir.