Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cuvarlı Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Üçxallıq atış
Üçxallıq atış — basketbol oyununda üçxallıq xətdən (üçxallqı qövs) kənarda həyata keçirilən atış. Atış qaydalar çərçivəsində həyata keçirilərsə və top səbətə düşərsə komandanın hesabına 3 xal yazılır. Bu xətdən içəridən atılan atışlar isə 2 xalla dəyərləndirilir. == Tarixi == Uzaqdan atılan atışlara verilən əlavə xal ideyyası ilk dəfə 1930-cu ildə Triffina (Ohayo) komandasının məşqişi German Sayqer tərəfində irəli sürülmüş. Onun təklifinə görə 4,6 və 7,6 metr arası atılan atış komandaya 2 xal, 7,6 m-dən sonra atılan atış isə komandaya 3 xal qazandırmalı. İdman jurnalistləri bu təklifi hündür boylu oyunçuların üstünlüyünə son kimi dəyərləndirdilər. Növbəti cəht 1945-ci ildə, Kolumbiya və Fordem universitetləri arasında keçirilən yoldaşlıq oyununda olmuş. Oreqon universitetinin məşqiçisi Hovard Hobson fərqli məsafələr olmaqla yeni təklif irəli sürmüş: 3,7—6,4 metrdə - 2 xal və 6,4 metrdən böyük məsafədə 3 xal. Bu qaydalar çərçivəsində Kolumbiya universitetinin komandası qalib gəlmiş. Ancaq yenə də, yeni təklif bütün oyunlara tətbiq edilməmiş.
Toğrul Cuvarlı
Toğrul Çingiz oğlu Cuvarlı (24 sentyabr 1939, Kirovabad) — yazıçı, ssenari müəllifi, kino redaktoru. == Həyatı == Toğrul Cuvarlı 1939-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Jurnalist və tənqidçi kimi kino səhəsində çalışmışdır. Axırıncı 10 ili publisist, iqtisadi ekspert kimi fəaliyyət göstərmişdir. "Turan" İnformasiya Agentliyində informasiya mütəxəssisi kimi işləyir. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin bacı nəvəsi, ADR-in naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsidir. == Filmoqrafiya == Artilleriyanın allahı sayılırdı (film, 1996) Aşkarsızlıq şəraitində... (film, 1986) Azərbaycan kinosu-80 (film, 1996) Babamızın babasının babası (film, 1981) Bir axşam... (film, 1985) Dairə (film, 1989) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Çingiz Cuvarlı
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. == Həyatı == Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. == Elmi nailiyyətlər == Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
Cavad bəy Cuvarlı
Cuvarlı Cavad bəy Nəcəf bəy oğlu (15 fevral 1886, Cuvarlı, Qaryagin rayonu – 1963, Bakı) — müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu (1906). == Həyatı == Cavad bəy Cuvarlı 15 fevral 1886-cı ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirmişdi. 1902-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdu. 1906-cı ildə bu seminariyanı Məmməd Qocayev, Pənah Qasımov, Məmməd Qarayev, Əli Mustafayev, İbrahim Səfərovla birgə bitirmişdi. 1907-ci ildən 1917-ci ilədək Yelizavetpol quberniyasının Gəncə şəhər altısinifli məktəbində müəllim, 1918-ci ildən Gəncə və Şamaxı qəza xalq məktəblərində inspektor işləmişdi. 1921-ci ildən 1929-cu ilədək maarif komissarlığında inspektor vəzifəsində çalışmışdı. Vəzifəsi ilə əlaqədar tez-tez kəndlərə getmiş, mədəni-marif işlərinin təşkilinə, xüsusilə qızların təhsil almasına diqqət yetirmişdi. Bununla bağlı o yazırdı: "Hər dəfə məni ən çox məşğul edən qızların təhsilə cəlb olunması idi. Yaxşı yadımdadır, günlərin birində Cəbrayıl qəzasının uzaq kəndlərindən olan Xanlıqdakı məktəbin işini yoxlamağa getmişdim.
Cuvarlı və Cuvarlılar (kitab)