Üçxallıq atış — basketbol oyununda üçxallıq xətdən (üçxallqı qövs) kənarda həyata keçirilən atış. Atış qaydalar çərçivəsində həyata keçirilərsə və top səbətə düşərsə komandanın hesabına 3 xal yazılır. Bu xətdən içəridən atılan atışlar isə 2 xalla dəyərləndirilir.
Uzaqdan atılan atışlara verilən əlavə xal ideyyası ilk dəfə 1930-cu ildə Triffina (Ohayo) komandasının məşqişi German Sayqer tərəfində irəli sürülmüş. Onun təklifinə görə 4,6 və 7,6 metr arası atılan atış komandaya 2 xal, 7,6 m-dən sonra atılan atış isə komandaya 3 xal qazandırmalı. İdman jurnalistləri bu təklifi hündür boylu oyunçuların üstünlüyünə son kimi dəyərləndirdilər[1]. Növbəti cəht 1945-ci ildə, Kolumbiya və Fordem universitetləri arasında keçirilən yoldaşlıq oyununda olmuş. Oreqon universitetinin məşqiçisi Hovard Hobson fərqli məsafələr olmaqla yeni təklif irəli sürmüş: 3,7—6,4 metrdə - 2 xal və 6,4 metrdən böyük məsafədə 3 xal. Bu qaydalar çərçivəsində Kolumbiya universitetinin komandası qalib gəlmiş. Ancaq yenə də, yeni təklif bütün oyunlara tətbiq edilməmiş.[2]
Peşəkar basketbola üçxallıq atış qaydası ilk dəfə olaraq 1961-cı ildə, Amerika basketbol liqasına tətbiq edilmiş. Öncə bu qayda Şərq peşəkar basketbol liqasına, 1968-ci ildən isə Amerika Basketbol Assosiasiyası tətbiq edildi [1]. Nəhayət 1979-80-cı il mövsümündə üçxallıq qayda NBA-da rəsmi olaraq qəbul edildi. Bir il sonra isə NCAA-da (Milli Tələbə İdman Assosiyasiyası) qəbul olundu. FİBA ilk dəfə olaraq üçxallıq qaydanı 1984-cü ildə, 1984 Yay Olimpiya Oyunlarından sonra tətbiq etdi[3]. ABŞ məktəb basketbolunda isə bu qayda 1987-ci ildən qüvvəyə minmiş[1].
1960-cı ildə üçxallıq atışın məsafəsi 7,24 metr idi. Bu qövs arxa xəttə yaxınlaşdıqca məsafə 6,71 metrə düşür[4]. Bu qayda qəbul olunan andan dəyişilməyib. Ancaq 1994 -1997-ci illərdə NBA-da üçxallıq atışların nəticəsini artırmaq məqsədi ilə 7,24-lük məsafə 6,71metrə endirilmiş. Ancaq 1997-ci ildən yenidən köhnə məsafəyə qayıdılmış[3].
1986-cı ildə NCAA tələbə basketbolunda ümumi qayda qəbul edilmiş, üçxallıq atış məsafəsi 6,02 metr təyin edilmiş. 2008-ci ildə isə bu məsafə bir az artırılmış və 6,32 metr olmuşdur. FİBA-da üçxallıq məsafə 26 il (2010-cu ilə qədər) 6,25 metr olmuş. 2010-cu ilin oktyabrından məsafə 6,75 metrə çatdırılmış[5].
NBA-da üçxallıq atışlar üzrə rekord göstərici Stefen Karriyə məxsusdur. 2012-2013-cü il mövsümündə o Reya Allenin yeddi illik rekordunu qıraraq üçxallıq atışların sayını 272-yə çatdırdı[6]. İki il sonra isə Karri göstəricini daha da yüksəltdi - 286 atış[7]. 2015-2016-cı il mövsümündə isə Karri öz rekordunu bir daha yenilədi və 402 üçxallıq atışla yeni rekord qeyidə alındı.[8]