Cuvarlı və Cuvarlılar (kitab)

Cuvarlı və cuvarlılarƏnvər Çingizoğlu və tədqiqatçı Rafiq Mahmudovun 2012-ci ildə nəşr olunmuş kitabı.

Cuvarlı və cuvarlılar
Müəlliflər Ənvər Çingizoğlu, Rafik Mahmudov
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2012
Nəşriyyat Mütərcim

Kitab haqda[redaktə | mənbəni redaktə et]

Jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı Rafiq Mahmudovun “Cuvarlı və Cuvarlılar” adlı kitabı Azərbaycan xalqının etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində önəmli rol oynayan Cuvarlı kəndindən (Füzuli rayonu) və Cuvarlılar (Cuvarlinskilər) soyunun ömür yolundan bəhs edir.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır.

Kitabda bu nəsillə bağlı XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə Cuvarlı kəndində baş verən önəmli olaylar arxiv materialları və həyat salnamələri əsasında qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.

Nəşrdə Qarabağın zəngin, maraqlı və dramatik keçmişə malik Cuvarlılar soykökünün təxminən 300 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik şəkildə araşdırılıb. Eyni zamanda kəndin əsasını qoyan Cuvarlılar nəslindən, bu nəslin Azərbaycan xalqına bəxş etdiyi istedadlı sənətkarlardan, görkəmli elm, incəsənət xadimlərindən və nəhayət sadə, zəhmətkeş övladlarından bəhs edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]