Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anton Üyerjaa
Anton Üyerjaa (tuvaca: Антон Үержаа; 2 dekabr 1957, Barun-Kemçik rayonu[d], Tuva Muxtar Vilayəti[d]) – Tuvanın Qərbi Hemçik bölgəsindəki Höndelen məntəqəsində anadan olmuş tuvalı şair, mənzum əsərlər müəllifi. == Həyatı == 2 dekabr 1957-ci ildə Barrıın-Hemçik kojuununun Höndelen məntəqəsində heyvandarlıqla məşğul olan ailədə anadan olmuşdur. 1975-ci ildə Aksı-Barlıq məntəqəsində təhsil almağa başlamışdır. Burada təhsil aldığı müddətdə qiymətləti yaxşı olduğuna görə ailəsinin də dəstəyi ilə o, Hərbi xidmətdən sonra Qızıl şəhərindəki Dövlət Pedoqoji İnistitutunun dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. Ali təhsilini fərqləndirilmiş diplomla baş vurduqdan sonra "Tıvanın anıyaktarı" adlanan gənclər qəzetində işləməyə başlamışdır. Tuva nəşriyyatında redaktorluq, baş redaktorluq etmişdir. Üyerjaa Tuvanın Komsomol mükafatı namizədi, Rusiya Federasiyasının Yazıçılar Birliyinin üzvüdür. Anton Üyerjaa evildir və iki övladı vardır. == Əsərləri == Heeler" şeir kitabı "Saarıg ırı" şeir kitabı "Nogaan at" şeir kitabı "Inak-tır men" şer antologiyası (1997) == Şeiri == Ajıldı kım taalal didi? Ýаñgıs borbak ürezinni Ýerge hömgeş, Ýaş töl ışkaş, Ýürek-bile Ýıldı dagap, Ajıg derni aş-Ýem kılıp, azıraaştıñ, Аñmaar dolu düjüt aarı — amır dep be.
.uy
.uy — Uruqvayın internet kodu.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
.by
.by — Belorusun internet kodu.
.cy
.cy — Kiprin internet kodu.
.gy
.gy — Qayananın internet kodu.
.ky
.ky — Kayman adalarının internet kodu.
.ly
.ly — Liviyanın internet kodu.
.my
.my — Malayziyanın internet kodu.
.py
.py — Paraqvayın internet kodu. == Xarici keçidlər == IANA .py whois information http://www.nic.py/ - Network Information Center Paraguay where you register .py domains.
.sy
.sy — Suriyanın internet kodu.
Ay
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir.
Şanyü Yü (v. 46) — Syanın qardaşı idi. Hakimiyyətə gələrkən Çində vətəndaş müharibəsi gedirdi. Bu fürsətdə istifadə edərək dövləti gücləndirdi. 23-cü ildə Hunlara qarşı hücuma hazırlaşan Vanq Manq çinli üsyançılar tərəfindən öldürüldü. Yü özünü Mete xaqanın davamçısı kimi görürdü. Yü Çin şahzadəsi Lu Fanqı Vanq Manqdan boşalan taxta gətirmək istəyirdi. 46-cı ildə vəfat etdi.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
İy
Qoxu və ya iy — insan və heyvanlar tərəfindən havada uçan iyli maddələri hissetmə halı. Qoxu, qoxu hissi ilə hiss edilən, adətən havada çox kiçik konsentrasiyalarda həll olunan hər hansı kimyəvi maddələrdir. Fraqrens və aroma terminləri çox vaxt kosmetika və qida sənayesi tərəfindən xoş ətirləri təsvir etmək üçün istifadə olunur. Qoxuları qavrayışlarına görə pis və xoş qoxulara bölmək olar. == Əsas məlumatlar == Qoxu havada həll olunan qoxu molekullarının hissiyyatıdır. Qoxuların əksəriyyəti üzvi birləşmələrdən qaynaqlansa da, hidrogen sulfid və ammonyak kimi qeyri-üzvi maddələr də qoxuya bilər. Ətirin təsiri iki addımlı bir prosesdə həll edilə bilər. Birincisi, fizioloji mərhələdir; reseptorlarla burundakı stimul sahəsinin hissi. Sonra Psixoloji mərhələ başlayır. Qıcıqlandırıcılar insan beyninin qoxuya cavabdeh olan bölgəsi tərəfindən stimullaşdırılır və işləməsi təmin edilir.
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aban (ay)
Aban (fars. آبان‎) və ya Əban — İran və Əfqanıstanın rəsmi təqviminin səkkizinci ayı. Aban ayında 3o gün var. Bu ay oktyabr ayında başlayıb noyabr ayında sona çatır. Aban payızın ikinci ayıdır.
Altmış üç
Altmış üç — say sistemində ədədlərdən biridir. Altmış ikidən sonra, altmış dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış üç ədədi — tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Ay (dəqiqləşdirmə)
Ay
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Ay Ata
Ay Dədə ya da Ay Ata, altayların inancında Ay ilahı olaraq görülə biləcək bir müqəddəs varlıqdır və göy aləminin 6-cı yanında oturur. Bu inanca görə Ay Dədə insanların ilk babası və Gün Ana ilk nənəsidir. Ay, uşaqlara Ay Dədə olaraq tanıdılır. Yuxu vaxtının simvoludur. Uşağa, yatağına yatarsan, Ay Dədə sənə nağıl izah edəcək deyilir və uşağın yanında ya nağıl kitabı oxunur, ya da adam tərəfindən bilinən bir nağıl izah edilər. Memlüklər (Köləmənlər) dövründə misirdə yaşamış türk tarixçisi Aybek-üd Devâdârî'nin türklərin mənşəyi üzərinə izah etdiyi Ay Ata'nın əfsanəsində mağarada törəmə motivi iştirak edər. Bu əhvalata görə türklərin ilk atası olan Ay Ata, bir mağarada ortaya çıxmışdır. Bu mağara Ay Atanın doğumuna (Aybek-üd Devâdârî'nin ifadəsiylə) bir "ana rəhmi" vəzifəsi etmişdir. Bozqurd əfsanəsindəki qurdun yaralı türkü qaçırıb bəslədiyi mağara da belə bir Ata mağarasıdır və hər il bu mağarada mərasimlər edilərdi. Ata mağarası inancı və ənənəsi köhnə dövrlərdə türklər arasında çox geniş yayılmışdır.
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. == Həyatı == Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. == COVID-19 epidemiyası == Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Boz ay
Boz ay (az-əbcəd. بوز آی‎) və ya Boz Çillə – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. == Müddəti == Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir.
UY Scuti
UY Scuti qalxan bürcündə yerləşən dəyişkən qırmızı ifratnəhəng ulduzdur. Radiusuna görə Stephenson 2-18 ulduzundan sonra ən böyük ulduzdur. 1.708 R⊙ (1.188 × 109 km; 7,94 astronomik vahid) radiusu ilə Günəşdən 5 milyard dəfə böyük həcmə malikdir. Yer planetindən təqribi olaraq 9,500 işıq ili uzaq məsafədə yerləşir. Əgər bu ulduz Günəş sisteminin mərkəzində yerləşsəydi fotosferası Yupiterin orbitini əhatə edərdi. == Adlandırılması və tarixi == Uy Scuti ilk dəfə 1860-cı ildə Bonn rəsədxanasında Alman astronomları tərəfindən göy üzündəki ulduzların ilk araşdırılması zamanı "Bonner Durchmusterung Stellar Catalogue" kataloqunda qeyd olunmuşdur. O BD-125055 adlandırılmışdır, 0-cı düz doğuşdan sayarkən 12°S və 13°S arasında yerləşən 5,055-ci ulduzdur. Növbəti araşdırma zamanı bu ulduzun parlaqlığının bir az dəyişdiyi müşahidə olundu, bu səbəblə bu ulduzun yeni dəyişkən ulduz olması fikri irəli sürüldü. Dəyişkən ulduzların təyin olunmasının beynəlxalq strandartlarına uyğun olaraq UY Scuti Qalxan bürcünün 38-ci dəyişən ulduzu kimi təyin olundu (bax: dəyişən ulduzların tərifləri) UY Scuti Qamma Scuti A-tip ulduzunun bir neçə dərəcə şimalında və NGC 6611-in şimal-şərqində məskunlaşmışdır. Ulduzun işıqlığı çox böyük olsa da, ən parlaq halı ilə Yerdən 9-cu parlaq ulduz kimi görünür, bunun səbəbi ulduzun Böyük Yarığın içərisində Qaçınma zonasında olan məsafəsi və yeridir.
Yu Un-Hu
Yu Un-Hu (d. 24 fevral 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Can't Buy My Love
Can't Buy My Love — Yui albomu.
.ua
.ua — Ukraynanın internet kodu
.ug
.ug — Uqandanın internet kodu.
.uk
.uk — Böyük Britaniyanın internet kodu.
.um
.um — BMT uzaqda yerləşən kiçik adalar üçün İnternet kodu. == Xarici keçidlər == IANA .um whois information (as of April 21, 2008 ICANN has updated this to reflect the removal from the root zone).
.us
.us — Amerika Birləşmiş Ştatlarıın internet kodu. == Xarici keçidlər == .us Domain Registry .
.uz
.uz — Özbəkistanın internet kodu.
.yu
.yu — Keçmiş Yuqoslaviya üçün nəzərdə tutulmuş İnternet kod. 1989-cu ildə Yuqoslaviyada tətbiq olunmuş “.yu” domeni ölkə dağılandan sonra da fəaliyyətini davam etdirib. 2010-cu il martın 30-da günorta saatlarında Yuqoslaviya üçün nəzərdə tutulmuş “.yu” domen zonası fəaliyyətini dayandırıb. “.yu” zonasının dəstəklənməsinin dayandırılmasına dair qərar Serbiya milli internet-domenlərin qeydiyyatı ilə məşğul olan RNIDS təşkilatı tərəfindən qəbul olunub. RNIDS öz növbəsində bu qərarı Qlobal Şəbəkədə adların və ünvanların paylanmasını həyata keçirən ICANN təşkilatının müvafiq hökmündən sonra qəbul edib. “.yu” zonasının serverlərinin Serbiyaya məxsus yeni “.rs” zonasına keçirdilməsi prosesi 2009-cu ilin may ayında başa çatdırılıb. Əvvəlcədən “.yu” zonasının 30 sentyabr 2009-cu il tarixinədək bağlanacağı nəzərdə tutulub. Lakin RNDIS nümayəndələri planlaşdırılmış müddətin uzadılmasını xahiş etdikdən sonra bu tarix 2010-cu ilin mart ayının 30-na dəyişdirilib.
Buy
Buy (ing. Buoy) — gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
U2
U2 - Dublin mənşəli İrlandiya rok qrupu. 1976-cı ildə Dublində yaradılan qrup Bono (vokal və gitara), The Edge (gitara, piano və vokal), Adam Clayton (bass gitara), və Larry Mullen, Jr. (zərb alətləri və perkussiya) ibarətdir. İlk olaraq post-punk janrından qaynaqlanan U2 musiqisi sonradan pop musiqinin müxtəlif janrlarından bəhrələndi. Qrup fəaliyyətli dövrü ərzində melodik alətlər üzərində qurulan öz musiqi tərzlərini qoruyub saxlayıblar. Musiqilərində ilk olaraq, The Edge'in gitarasının səsi və Bono-nun fərqli vokalı diqqəti cəlb edir. Onların mətnləri, çox vaxt mənəvi, şəxsi və siyasi-sosial problemlərə həsr olunur. U2 qrupu üzvlərinin yeniyetmə çağlarında Mount Temple Comprehensive School adlanan məktəbdə yaradılmışdır. O vaxtı üzvlərin musiqi biliyi məhdud idi. 4 ildən sonra Island Records-la müqavilə imzalayıb, Boy adlanan debut albomlarını reliz ediblər.
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ud
Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Söz açımı == "Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır. Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir. Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi. == Tarixçə == Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır.