Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəfəqət Mahmudova
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib. == Həyatı == Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş.Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir.
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915-2000) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978 — 1979) Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı. == Həyatı == Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində anadan olub. İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb. Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb. Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib. O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur. Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Cəfər Şəfqət Urmu və Təbriz şəhərlərində hərbi hissələrə rəhbərlik edib. Şapur Bəxtiyarın baş nazirliyi dönəmində Cəfər Şəfqət İranın müdafiə naziri təyin olunub.
Şəfqət Təpə (teleserial, 2010)
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Şəfəqlər burada sakitdir (film, 1972)
...Şəfəqlər burada sakitdir (rus. ...А зори здесь тихие) — rejissor Stanislav Rostotskinin 1972-ci ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Film Böyük Vətən müharibəsi illərində baş verən hadisələrdən bəhs edir. Starşina Fyodot Vaskovun (Andrey Martınov) komandalıq etdiyi beş zenitçi qızdan ibarət kəşfiyyat dəstəsi böyük qəhrəmanlıqlar göstərir, sonda Fyodot Vaskovdan başqa bütün kəşfiyyat dəstəsi faşistlərlə döyüşdə həlak olur. Film iki hissəlidir: 1-ci seriya — "İkinci eşelonda" (rus. Во втором эшелоне) 2-ci seriya — "Yerli əhəmiyyət daşıyan döyüş" (rus. Бой местного значения) == Mükafatları == Almatıda keçirilən Ümumittifaq kinofestivalının birincilik prizi — 1973 Venesiyada keçirilən Venesiya Film Festivalı birincilik prizi — 1972 "Sovet ekranı" jurnalında 1972-ci ilin ən yaxşı filmi sorğusunun qalibi — 1972 "Xarici dildə ən yaxşı film" kateqoriyasında Oskar mükafatı nominasiyası — 1973 SSRİ dövlət mükafatı — 1975 və Lenin komsomolu mükafatı — 1974 == Ədəbiyyat == Драпеко, Елена. Лиза Бричкина — навсегда. М.: Эксмо, 2005. — 352 с.