Cəfər Şəfqət (1915, Təbriz – 3 fevral 2001 və ya 2000, Nitsa) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978–1979)[1] Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı.
Cəfər Şəfqət | |
---|---|
fars. جعفر شفقت | |
1 noyabr 1978 – 11 fevral 1979 | |
Əvvəlki | Qulamrza Əzhəri |
Sonrakı | Əhməd Mədəni |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 2001 və ya 2000 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | şiəlik |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində[2] anadan olub.
İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb.
Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb.
Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib.
O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur.
Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir.
Cəfər Şəfqət Urmu Siviziyasının, sonra isə Təbriz Diviziyasının komandırı vəzifələrində çalışıb.
Vundan sonra o, İran Silahlı Qüvvələrinin bir hissəsi olan İkinci Ordunun qərargah rəisi müavini, sonra qərargah rəisi və nəhayət komandiri vəzifələrinə təyin edilib.
Növbəti aşamada Cəfər Şəfqət Şahın yavər Generalı (adyutant generalı), Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini və sonra Baş Qərargah rəisi vəzifələrinə təyin olunub. Bu vəzifələrdə o ABŞ və Fransada baş qərargah kurslarını bitirib, Sarbon Üniversitetində beynəlxalq hüquq üzrə doktorluq dissertasiyası müdafiə etmiş, eyni zamanda hərbi hakim dərəcəsi almışdır.[3]
General Şəfqət 1942-ci il İran Şah Mühafizəçiləri orsunun çağdaşlaşma islahatlarında yaxından fəal iştirak etmiş, 700 könüllü adlanan qruplaşmanı gücləndirmişdir.[4][5] O, 1946-cı ildə İran Şah ordusunun elit hərbi birləşməsi hesab edilən "Ölümsüz Mühafizəçilər" birləşməsinin komandiri vəzifəsinə təyin edilmişdir.
General Şəfqət 26 oktyabr 1967-ci ildə baş tutmuş Məhəmməd Rza Pəhləvinin tacqoyma mərasimində möhtəşəm surətdə iştirak edərək, Pəhləvi tacını şəxsən Məhəmməd Rzaya təqdim etmişdir.
Bundan başqa, General Şəfqətin dəstəyi ilə İran Silahlı Qüvvələrində onun bir sıra qohumları xidmət edibdir. Onların arasında qardaşı Briqada generalı Xəlil Şəfqət, Briqada Generalı Səttar Salimian, general-mayor Məsud Hamapayi (diviziya komandiri və Kohgiluyə və Buyer-Əhməd ostanının Şah dönəmindəki 1978-ci ildəki sonuncu ostandarı), Şah Hava Qüvvələrində Briqada generalı Əziz Dəmavəndi və Hava Qüvvələri polkovniki (albayı) Buik Dəmavəndi qeyd edilə bilər.[6]
Şapur Bəxtiyarın baş nazirliyi dönəmində Cəfər Şəfqət İranın müdafiə naziri təyin olunub.
Sonra Cəfər Şəfqət Şərqi Azərbaycan ostanının ostandarı vəzifəsində çalışmışdı.
Cəfər Şəfqət 2000-ci ildə Fransanın Nitsa şəhərində mühacirətdə vəfat edib.
Hərbi xadim haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |