Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günəş tacı
Günəş tacı — Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300–400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4*10³³ erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır. Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar. 1868-ci ilin 18 avqustunda müxtəlif ölkələrdən bir çox astronomlar tam Günəş tutulmasını müşahidə etmək üçün Hindistana getmişdilər. Bu zaman tacın və protuberansların spektrini öyrənməklə "helium qazı" kəşf edildi.
Zvonimir tacı
Zvonimir tacı ― 1076—1089-cu illərdə hakimiyyətdə olan xorvat hökmdarı Zvonimirə məxsus tutya, sonradan itirilmişdir. == Yaranması == Dmitar Zvonimir tacı skeptron ilə birlikdə Roma papası VII Qriqoridən aldı. == Hakimiyyətin legitimləşdirilməsində rolu == Tacqoyma Zvonimirin əvvəlki dux əvəzinə daha böyük titul olan rex-i almasına imkan verdi. Ancaq eyni zamanda, tacı alması nəticəsində Papa ilə münasibətləri daha çox vassal münasibətlərinə bənzəməyə başladı. Mənşə baxımından, Zvonimirin xorvat taxt-tacına olan haqqı nə qədər böyük olduğu aydın deyil, ona görə onun hökmdarlığının əlavə gücləndirilməsinə ehtiyacı ola bilərdi. == Sonrakı taleyi == Orta əsr tacı Zvonimirin ölümündən sonra başlayan iğtişaş dövrü zamanı itirilmişdir, Macarıstan və Xorvatiyanın şəxsi birliyinin başlamasından sonra isə xorvat tacı rolunu Müqəddəs İştvan tacı öz üzərinə aldı. XIX əsrdə ayrı xorvat tacının mövcud olması fikri Xorvatiya suverenliyinin tərəfdarları arasında populyarlaşdı, məsələn bu cür düşüncələrə Franyo Raçkinın idealist yazılarında rasta gəlmək olar. Zvonimir (və ya ona daha çox deyildiyi kimi Tomislav) tacının şəkilləri şücaətli keçmiş haqqında xatirələri gücləndirirdi. Bu, 1925-ci ildə xorvat dövlətçiliyinin ildönümünün qeyd edildiyi zaman xüsusilə aktual oldu. Müstəqil Xorvatiya Dövlətinin yaranması ilə prototipindən fərqlənən yeni “Zvonimir tacı” hazırlandı.
Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Yer ətrafı peykəbənzər asteroidlər
Yer ətrafı peykəbənzər asteroidlər — Yer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər. Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar. == (3753) Kruitni == Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, Mars və Venera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir. Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir.
Böyük Karlın tacı
Böyük Karlın tacı və ya Müqəddəs Roma İmperiyasının tacı (alm. Reichskrone‎) — Müqəddəs Roma imperatorlarının 11-ci əsrdən 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləvğinə qədər taxdığı tac. Tac, Roma kralları, seçildikdən dərhal sonra isə İmperator tərəfindən istifadə edildi. X əsrin sonu və ya XI əsrin əvvəllərində hazırlanmışdır. Bir çox digər taclardan fərqli olaraq, dairəvi bir formada deyil, səkkizbucaqlıdır və səkkiz menteşəli löhədən hazırlanmışdır. Tacın ön hissəsindən başlayan və arxasına qədər dəvam edən hisssənin önündə xaç yerləşir. Tac Avstriyanın Vyana, Hofburqdakı İmperiya Xəzinəsində saxlanılır. == Tarix == Tacın 10-cu əsrin sonlarında və erkən 11-ci əsrdə Qərbi Almanyada, I Otto, I Konrad və III Konradın hakimiyyəti zamanı hazırlandığı düşünülür. Bu barədə ilk qorunan qeydlərin XII əsrdən bəri eyni tac haqqında olduğunu düşünsək bunun həqiqətə uyğun olduğu düşünülür. Müqəddəs Roma İmperiyası Krallarının əksəriyyət bu tacı taxmışdır.
Cənub Tacı (bürc)
Cənub Tacı (lat. Corona Australis) — göyün cənub yarımkürəsində bürc.
Göllərin Tacı (1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Stefan Nemaniç tacı
Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi, lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi. Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar. Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur, lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır. Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.
Şimal Tacı (bürc)
Şimal Tacı (lat. Corona Borealis) — göyün şimal yarımkürəsində bürc.
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
Göllərin tacı (film, 1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Polşa Krallığı Taxt-tacı
Polşa Krallığı Taxt-tacı (pol. Korona Królestwa Polskiego, lat. Corona Regni Poloniae) — Polşanın ümumi adı; 1386–1569 illərində və sonra müstəqil ölkənin rəsmi adı. Reç Pospolitanın bir hissəsi (1569−1791 (1795)).
Yurdumun Zümrüd Tacı (1990)
Utqaçı
Utqaçı Xan - türk və altay mifologiyasında qurban ilahı. Utkuçı da deyilir. Qurbanları Ülgenə çatdırar. Səmada yaşayır. Ülgene ən yaxın tanrıdır. Şamanlar trans halındaykən gətirdiyi qurbanı alaraq Ülgenə aparar. Çünki şaman ən çox Altınqazıx (Qütb) ulduzuna qədər çata bilər. Geri dönən şamana isə qaz (ehtimalla fikri ilham) hədiyyə edər. Şaman bu qəza minərək geri dönər. == Etimologiya == (Ut) kökündən törəmişdir.
Əczaçı
Əczaçılıq fakültələrində 5 illik lisenziya təhsilini müvəffəqiyyətlə tamamlayan, dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə səriştəli insanlara əczaçı deyilir. Əczaçılıq Farmakognoziyası fakültələri (bitki-heyvan əczaçılıq xammalına aiddir), Farmakologiya (dərmanların bədənə təsirini araşdırır), Əczaçılıq toksikologiyası (dərmanlar da daxil olmaqla bütün xenobiotiklərin bədənə təsirini araşdırır), Əczaçılıq texnologiyası (dərmanların istehsal üsullarına aiddir), Əczaçılıq kimya (dərman xammalının sintezi, analiz və dərman təsiri mexanizminin kimyəvi müayinəsinə əlavə olaraq dərman xammalının quruluşu və effektivliyi arasındakı əlaqə ilə bağlıdır) və digər peşə elmləri üzrə təhsil verir. Bu peşə sahibləri əczaçılıq (aptek) edə bilərlər; Əczaçılıq sənayesində Ar-Ge, istehsal, keyfiyyətə nəzarət, lisenziyalaşdırma, marketinq kimi bölmələr işləyə bilər, xəstəxana apteklərinə cavabdeh müdirlik edə bilər, eyni zamanda ictimai qurumlar və ya əczaçılıq anbarlarında peşəsini icra edə bilərlər. == İşin təbiəti == Sintetik, yarı sintetik və ya bioloji mənşəli əczaçılıq xammalı əldə etmək, fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini araşdırmaq, qiymətləndirmək, yüksək keyfiyyətli dərman istehsal etmək və dərmanların saxlanması və istifadəsi kimi mövzularda təlim və tədqiqatlar aparır. Həkimlərin təyin etdiyi dərmanları sifarişçiyə satır, lazımi dərmanlar hazırlayır və dərmanların laboratoriyada inkişafı və təhlili ilə bağlı araşdırmalar aparır. Xəstəyə resept dərmanlarının istifadəsi barədə məlumat verir. Onun formulalarına uyğun olaraq hazırlanması lazım olan dərmanların hazırlayır və ya hazırlanmasına nəzarət edir. Tibbi və ya digər məqsədlər üçün istifadə edilən toksinlər və zəhərli maddələr hazırlayır və qaydalara uyğun olaraq paylayır, pozulmalara qarşı tədbir görür. Xüsusi zəhərli maddələr olan reseptlərin qeydlərini aparır və baytarlıq dərmanları kimi vasitələrdən istifadə etməyi məsləhət görür. Laboratoriyada tədqiqat işləri aparır.
ENIAC
ENIAC kompüteri (ing. Electronic Numerical Integrator And Computer : Elektronik Rəqəmsal İnteqral Hesaplayıcı), elektriklə işləyən və elektron emalı tutumuna sahib ilk kompüter. İkinci dünya müharibəsi dövründə ABŞ-lı elm adamları tərəfindən inşa edilən ENIAC, təxminən 167 [m² bir sahəni əhatə edirdi və ağırlığı 30 ton idi. == Tarix == Bu ilk kompüterin sifarişi, 1941-ci ildə ABŞ-nin İkinci dünya müharibəsinə qatılmasıyla birlikdə ordu tərəfindən gizli olaraq Pennsylvania Universitetinə aid Elektrik Mühəndisliyi məktəbi olan Moore School of Electrical Engineering-ə verildi. Məqsəd daha az hədəf səhvi ilə uzun mənzilli top və mərmilərin hesablamalarında istifadə edilməsi idi. Elm adamları Con Maukli və Presper Ekkert tərəfindən təxminən 4 il müddətinə emal edildi. Təxmini olaraq 500.000 dollara başa gəldi. ENIAC ilk dəfə sınaq işinə 1945-ci ildə başladı. Həqiqi mənada işləyə bilməsi isə 1947-ci ilə təsadüf etdi. Ancaq 2 Sentyabr 1945-ci ildə Yaponiyanın təslim olmasıyla müharibə sona çatmışdı və belə bir cihaz üçün ehtiyac da qalmamışdı.
Ətasi
Ətasi (ərəb. أتاسي‎) — soyad.
Yurdumun zümrüd tacı (film, 1990)
Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Atamurad etrapı
Atamurad etrapı (türkm. Atamyrat etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi etrap tabeli Atamurad şəhəridir.
Birata etrapı
Birata etrapı (türkm. Birata etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Birata qəsəbəsidir.
Fərap etrapı
Fərap etrapı (türkm. Farap etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Fərap qəsəbəsidir.
Köytəndaq etrapı
Köytəndaq etrapı (türkm. Köýtendag etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Köytəndaq qəsəbəsidir.
Mirça Eliadi
Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo, İllinoys) — din tarixçisi və filosof. Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü.
Pərvin Etisami
Pərvin Etisami (farsca: پروین اعتصامی) (16 mart 1907, Təbriz – 5 aprel 1941, Tehran) — XX əsrdə yaşamış azərbaycanlı şairə. == Həyatı == Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.
Qalkınış etrapı
Qalkınış etrapı (türkm. Galkynyş etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Qalkınış qəsəbəsidir.
Qaraşsızlıq etrapı
Qaraşsızlıq etrapı (türkm. Garaşsyzlyk etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Niyazov qəsəbəsidir.
Sakar etrapı
Sakar etrapı (türkm. Sakar etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Sakar qəsəbəsidir.
Sayat etrapı
Sayat etrapı (türkm. Saýat etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahididir. Etrapın inzibati mərkəzi şəhər tipli Sayat qəsəbəsidir.
Sərdarabad etrapı
Sərdarabad etrapı (türkm. Serdarabat etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi etrap hüquqlu Türkmənabad şəhəridir.
Tuğba Əkinçi
Tuğba Əkinçi (4 iyun 1976, Qars, Qars ili) — milliyyətcə azərbaycanlı olan Türkiyə kino aktrisası və müğənisi . . == Həyatı == Tuğba Əkinçi 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.
Vicdanlı etirazçı
Vicdanlı etirazçı — vicdan azadlığı, fikir azadlığı və din azadlığına əsaslanaraq, hərbi xidmət keçməkdən imtina etmək hüququnun olduğunu iddia edən şəxs.
Xocambaz etrapı
Xocambaz etrapı (türkm. Hojambaz etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Xocambaz qəsəbəsidir.
Xələc etrapı
Xələc etrapı (türkm. Halaç etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Xələc qəsəbəsidir.
Əqil Etimadi
Əqil Etimadi (23 aprel 1987, Tehran, İran) — Azərbaycan əsilli Niderland futbolçusu, qapıçısı. Etimadi 2011-ci ilin dekabr ayından Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Niderlandın Herenven II, Herenven, Emmen, Vindam və Qroningen klublarında ikinci, üçüncü və birinci qapıçı olmuşdur.
Ətirli söyüdgülü
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Ətirli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Ətirli toyçiçəyi
Ətirli toyçiçəyi (lat. Polygonatum odoratum) — toyçiçəyi cinsinə aid bitki növü.
Ətirli xəşənbül
Ətirli xəşənbül (lat. Melilotus suaveolens) — xəşənbül cinsinə aid bitki növü.
Ətirli yovşan
Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir.