Zvonimir tacı

Zvonimir tacı ― 1076—1089-cu illərdə hakimiyyətdə olan xorvat hökmdarı Zvonimirə məxsus tutya, sonradan itirilmişdir.

Dmitar Zvonimir tacı skeptron ilə birlikdə Roma papası VII Qriqoridən aldı.[1]

Hakimiyyətin legitimləşdirilməsində rolu

[redaktə | mənbəni redaktə et]
Zvonimirin tacqoyma mərasimi

Tacqoyma Zvonimirin əvvəlki dux əvəzinə daha böyük titul olan rex-i almasına imkan verdi. Ancaq eyni zamanda, tacı alması nəticəsində Papa ilə münasibətləri daha çox vassal münasibətlərinə bənzəməyə başladı. Mənşə baxımından, Zvonimirin xorvat taxt-tacına olan haqqı nə qədər böyük olduğu aydın deyil, ona görə onun hökmdarlığının əlavə gücləndirilməsinə ehtiyacı ola bilərdi.[2]

Sonrakı taleyi

[redaktə | mənbəni redaktə et]

Orta əsr tacı Zvonimirin ölümündən sonra başlayan iğtişaş dövrü zamanı itirilmişdir, Macarıstan və Xorvatiyanın şəxsi birliyinin başlamasından sonra isə xorvat tacı rolunu Müqəddəs İştvan tacı öz üzərinə aldı. XIX əsrdə ayrı xorvat tacının mövcud olması fikri Xorvatiya suverenliyinin tərəfdarları arasında populyarlaşdı, məsələn bu cür düşüncələrə Franyo Raçkinın idealist yazılarında rasta gəlmək olar.[3] Zvonimir (və ya ona daha çox deyildiyi kimi Tomislav) tacının şəkilləri şücaətli keçmiş haqqında xatirələri gücləndirirdi. Bu, 1925-ci ildə xorvat dövlətçiliyinin ildönümünün qeyd edildiyi zaman xüsusilə aktual oldu. Müstəqil Xorvatiya Dövlətinin yaranması ilə prototipindən fərqlənən yeni “Zvonimir tacı” hazırlandı. Həmçinin, eyni adlı ordenmedal da təsis olundu. Lakin Kral II Tomislav heç vaxt bu tacla taclandırılmamışdır.[4]

  1. "Иловайский Д. И. Древняя история. Средние века. Новая история". 2017-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  2. "Общественная мысль славянских народов в эпоху раннего Средневековья". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  3. Рачкий // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  4. "Jareb M. «Old-croatian Crown», or the construction and use of a national and political symbol from the late 19th century to the World War II". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.