Ətirli yovşan

Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Ətirli yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir. Sentyabr ayında çiçəkləyir, oktyabr-dekabr aylarında isə meyvə verir. Kökləri yoğunlaşmış şaquli, kök gövdəsi çoxsaylı olub, boz hörümçəkvari və ya bənövşəyi çalarlı tükcüklüdür.

Orta dağ qurşaqlarında rast gəlinir. Quraqlığa və qışadavamlıdır, torpağa az tələbkardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz, Abşeron, Kür-Araz ovalığı, Lənkəran düzənlikləri, Samur-Dəvəçi, Xəzər dənizi ətrafı, Naxçıvan MR-da Araz boyu düzənliyində və s. ərazilərdə yayılmışdır. Endem bitkidir.

Tərkibində efir yağı vardır. Yaşıllaşdırmada az istifadə olunur.

  1. The Plant List (ing.). 2010.