Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ətirşah
Ətirşah (lat. Geranium) — ətirşahçiçəklilər sırasının ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda əsasən bəzək bitkisi kimi becərilir. Avropaya XVII əsrdə gətirilib. Vətəni Cənubi Afrikadır. Dünyada 400-dən çox növü məlumdur. Bu növlər arasında xoşətirli "pelarqonium rozeum" növü diqqəti cəlb edir. Buna xalq arasında ətirşah deyilir.
Adi ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — ətirşah cinsinə aid bitki növü.
Düzləçəkli ətirşah
Düzləçəkli ətirşah — (lat. Geranium platypetalum) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3 — ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5–7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18–20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür. == Yayılması == BQ qərbi hissəsinin rayonlarında orta (nadir hallarda) və yuxarı dağ qurşaqlarında yayılmışdır.
Qırmızı ətirşah
Geranium sanguineum (lat. Geranium sanguineum) - ətirşah cinsinə aid bitki növü.
İrikökümsov ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — ətirşah cinsinə aid bitki növü.
Əmirşah Əmirli
Əmirşah Səttar oğlu Əmirli (8 mart 2002; Binəqədi rayonu, Bakı, Azərbaycan — 28 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirşah Əmirli 8 mart 2002-ci ildə Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə Bakı şəhər 306 saylı tam orta məktəbdə təhsil almış, 7-ci sinifdə təhsilini dini kollecdə davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Əmirşah Əmirli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Əmirşah Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmirşah Əmirli 28 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əzizxan Tanrıverdi
Əzizxan Tanrıverdi (1 yanvar 1959, Aşağı Qarabulaq, Dmanisi rayonu – 18 iyul 2018, Bakı) — Azərbaycan dilçisi, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru. == Tərcümeyi-halı == Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində "C.Cabbarlı" adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir. ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb. 31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir.
Əlişah (Şəbüstər)
Əlişah (fars. عليشاه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,649 nəfər yaşayır (706 ailə).
Əlişah Təbrizi
Tacəddin Əlişah Təbrizi (?-1324) — memar, vəzir. Təbrizi zəngin tacir. O, Elxanilər dövlətinin vəziri olmaqla yanaşı, XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul olmuşdur. == Həyatı == Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil. Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Dövrünün aristokratlarının rəğbətini qazanan Əlişah Olcaytunun da rəğbətini qazanmaq üçün ona çoxlu daş-qaş hədiyyə etmişdir. Olcaytunun vəzirlərindən Sadəddin Savəci onun yüksəlişinin qarşısını almaq üçün Tacəddinin Bağdadda açılan tikiş fabrikinin başçısı olaraq təyin edilməsinə nail olur. Lakin o bu hadisəni öz leyhinə çevirməyə nail olaraq buradaki fəaliyyəti ilə öz nüfuzunu daha da artırır. Olcaytu xanın dövründə dövlətin daxili məsələlərinə Sadəddin Savəci, Fəzlullah Rəşidəddin və Tacəddin Əlişah birgə nəzarət edirdilər.
Erkəkciyi tükcüklü ətirşah
Erkəkciyi tükcüklü ətirşah (lat. Geranium eriostemon) - ətirşah cinsinə aid bitki növü.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir. == Həyatı və yaradıcılığı == “Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir. “Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir.