Düzləçəkli ətirşah

Düzləçəkli ətirşah (lat. Geranium platypetalum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.

Düzləçəkli ətirşah
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Geranium platypetalum

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3-ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5-7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18-20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.

Böyük Qafqazın qərb hissəsinin rayonlarında orta (nadir hallarda) və yuxarı dağ qurşaqlarında yayılmışdır. Dağ çəmənləri, əsasən subalp çəmənlərində bitir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Geranium ibericum var. platypetalum (Fisch. & C.A.Mey.) Boiss.