Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlar Mücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair. Yaşayış məntəqələri Aranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsi Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Araqvi
Araqvi (qədim adı Araqva; gürc. არაგვი) — Gürcüstanın şərqindən axan, Kazbek, Duşeti və Msxeta bələdiyyələrinin ərazisindən keçən çay, Kürün sol qolu. Çayın uzunluğu 112 km-dir. Drenaj hövzəsinin sahəsi 2740 km²-dir. İllik su axınının həcmi isə 1,8 km³-dir. Çayın yatağı əsasən qumdaşı, şist və əhəngdaşıdır. Jinvali su anbarı və onun 130 MVt gücündəki su elektrik stansiyası Gürcüstanın enerjisinin çox hissəsini istehsal edir. Su anbarı 1986-cı ildə tikilib. == Adı == Çayın qədim adı Araqvadır. Gürcü dilindən "sürətli", "təxminən" kimi tərcümə olunur.
Aranlı (Biləsuvar)
Aranlı (əvvəlki adı: Tatyanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindən Aranlı kəndi Çinarlı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndi XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. 1991-ci ilədək Tatyanovski, Tatyanovka adlandırılmışdır. Oykonim "düzənlikdə yaşayanlar, arandan gələnlər" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. İran İslam Respublikası ilə sərhəddir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Aranlı kənd kitabxana filialı fəaliyyət göstərir.
Aranlı (İmişli)
Aranlı (keçmiş adı: Poltavka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İmişli rayonunun Poltavka kənd inzibati-ərazi vahidi tərkibindəki Poltavka kəndi Aranlı kəndi, Poltavka kənd inzibati-ərazi vahidi Aranlı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 7145 nəfərdir ki, onun da 3593 nəfəri kişi, 3552 nəfəri isə qadındır. == Din == Kənddə İmam Əli adına "Cümə" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Aranlı bələdiyyəsi
Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi == Həyatı və təhsili == Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. == Yaradıcılıq fəaliyyəti == 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. == Döyüş cəbhələrində == 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Aranlı bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aranlı bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm aranı nahiyəsi
Zəyəm aranı nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. == Tarix == 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Araplı
Araplı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == Kənd əhalisinin sayı 1118 nəfərdir və azərbaycanlılardan ibarətdir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Avanti!
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avranlı
Avranlı Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. == Toponimkası == Avranlı- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Gürcücə yazılış forması Avranlo. XIX əsrin II yarısında əhalisi Türkiyədən gəlmə yunanlar idi (yenə orada). XIX əsrin 70-ci illərində Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. Yerli tələffüz forması Əvrənli olmuşdur. "Kitabi-Dədə Qorqud" eposunda Əvrən şəxs adı ilə səsləşir.
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ayranlı — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Aşanti
Aşanti (dövlət) — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. Aşanti (müğənni) — amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model.
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .
Eranyi
Eranyi (fr. Éragny) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Serji-Süd. Əhalisi — 16.792 nəfər (2002). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-qərbində, Serji bələdiyyəsinin 4 km cənubi-şərqində yerləşir.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.
Arhavi
Arhavi (türk. Arhavi; gürc. არქაბი/Arkabi) —Türkiyənin Qara dəniz regionuna daxil olan Artvin ilinin rayonlarından biri və həmin rayonun inzibati mərkəzi. 2021-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən distriktdə 21.661 nəfər yaşayır. Arhavi Artvin ilinin dördüncü ən böyük rayondur. Şəhər əhalisinin sayına görə Artvin ilində Artvin və Hopadan sonra ən böyük üçüncü şəhər sayılır. Arhavi əhalisinin mütləq əksəriyyətini lazlar və etnik gürcülər təşkil etməkdədir. Relyefi dərə və dağlıqdır. Rayon mərkəzinin sahəsi təqribən 6 km², ümumi rayon sahəsi isə 314 km²-dir. Sahil xəttinin uzunluğu 9,69 km-dir.