Məmməd Aranlı (tam adı: Məmməd Salman oğlu Ağayev; 22 oktyabr 1922, Ağcabədi – 7 oktyabr 1950, Bakı) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi.[1]
Məmməd Aranlı | |
---|---|
Məmməd Salman oğlu Ağayev | |
Doğum tarixi | 22 oktyabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 1950 (27 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, publisist |
Məmməd Salman oğlu Ağayev 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir (1932–1935). Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır.[2]
1937–1938-ci illərdə "Pioner" jurnalında, 1939–1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır.
1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır. 1942-ci ilin dekabrında Mozdok uğrunda döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə "Qızıl ulduz" ordeni ilə təltif olunmuşdur. Bu döyüşlərdə ağır yaralanan M.Aranlı 2 ay hərbi hospitalda müalicə olunduqdan sonra 1943-ci ilin fevralında yenidən həmin diviziyaya qayıtmışdır. Hərbi komandanlıq onu diviziyanın "Qızıl əsgər" qəzetinə məsul katib təyin etmişdir. 1944-cü ilin iyunundan müharibə qurtaranadək o, "Sovet döyüşçüsü" adlı "Üçüncü Ukrayna Cəbhəsi" qəzetlərində tərcüməçi-müxbir işləmişdir. Üçüncü Ukrayna Cəbhəsinin qərargahı ilə birlikdə o, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan və Avstriyada olmuşdur.
Cəbhədə kiçik leytenantlıqdan mayor rütbəsinə qədər yüksəlmiş, hərbi şücaətinə görə iki dəfə "Qırmızı ulduz" və "Vətən müharibəsi" orden və medalları ilə təltif olunmuşdur. 1950-ci il oktyabrın 7-də 27 yaşında vəfat etmişdir. Ağcabədi şəhərindəki 11 saylı məktəb onun adını daşıyır.[3]
“Ən gözəl bədii əsər həyatı tam mənası ilə dürüst göstərən əsərdir”, Buludxan Xəlilov,