Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almanca
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Armavia
Armavia (erm. Արմավիա;ing. Armavia) — Ermənistanda hava daşımalarına həyata keçirən şirkət; beynəlxalq hava daşınmaları sahəsində erməni inhisarçısı. Şirkətin əsası 1996-cı ildə qoyulmuşdur. "Aviafin" MMC və "Mik Ermənistan Treydinq" MMC erməni təşkilatları tərəfindən təsis edilmişdir. Əsas aeroportu İrəvanda yerləşən "Zvartnos" hava limanıdır. Aviaşirkət 48-dən çoxda müntəzəm reysləri yerinə yetirir (Yaxın Şərq, Avropan, Asiya və Şimali Afrikanın şəhərləri). Əsas reys və çarter beynəlxalq uçuşları Zvartnos aeroportundan həyata keçirilirlər. 29 mart 2013 tarixində şirkətin müflis olduğu bəyan edildi. Ermənistandan, ən çox Rusiya, MDB həmçini Yaxın Şərq və Avropanın şəhərlərinə marşrutlar həyata keçirilirdi.
Arxaika
Arxaika (yun. άρχαικός – qədim) – qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. e.ə.
Yarmarka
Yarmarka və ya Sərgi – Ticarətin yaxşılaşdırılması məqsədilə müəyyən müddətə ədalətli, bazar qurulmuşdur. Alıcıların və satıcıların bir araya gəldikləri və işgüzar müqavilələr bağladıqları bu bazarlar ümumiyyətlə hər il eyni tarixdə bir neçə həftə ərzində eyni yerlərdə və müntəzəm olaraq qurulur. Bu sərgilər hər hansı bir məhsul və xidmətləri əhatə etdiyi kimi, müəyyən bir iş sahəsinin hər hansı bir sahəsini də, əhatə edə bilər, həmçinin hər növ məhsulu və xidmət sahəsini də əhatə edə bilər. == Tarixi == Yarmarka əsasən xalq toplantılarının, böyük kilsə bayramlarının kəsişdiyi yerdə, eləcə də çox qorunan və ən az vergiyə cəlb olunacaq yerlərdə təşkil olunurdu. Yarmarkanın mahiyyəti XI və XII əsrlərdə daha da artdı. XVIII əsrin sonuna kimi Avropanın şərq və qərb hissələri arasında bütün ticarət mübadiləsi yarmarkanın köməyilə baş verirdi. XIV və XV əsrlərdə Brügge, XVI əsrdə isə Lion şəhəri yarmarkanın mərkəzinə çevrildi. XVI əsrdə Medina-delKampo (İspaniya) və Antverpen şəhəri (Belçika) beynəlxalq yarmarka və kredit mərkəzi oldu. XVIII əsrdə hələ XIII əsrdən Leypsiqdə məşhur yarmarka beynəlxalq əhəmiyyət kəsb edirdi. XIX əsrdə ticarət münasibətlərinin genişlənməsi və daxili vergi rüsumlarının ləğv edilməsi, xüsusilə dəmir yollarının çəkilməsi, əmtəələrin yeridilməsi təhlükəsizliyinin artması, nəhayət, kommivoyajerlərin əmələ gəlməsi ilə yarmarkalar tənəzzülə uğradı və onların əksər hissəsi bağlandı.
Almanya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎ [ˈbʊndəsʁepuˌbliːk ˈdɔʏtʃlant]) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Amanoa
Amanoa (lat. Amanoa) — malpigiyaçiçəklilər sırasının fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi. Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi.
Armata
T-14 Armata Rusiya Federasiyası tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Bu, ilk dəfə seriyalı istehsal olunmuş yeni nəsil tankdır. Rusiya Ordusu 2015-2020-ci illər aralığında orduya təhvil verilmək üzrə 2,300 ədəd T-14 tankı sifariş vermişdir. T-14 tankı ilk dəfə 2015-ci il may ayının 9-da Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində Qırmızı meydanda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilmişdir.T-14 Armata tanklarıRusiya Federasiyasının istehsal etmiş olduğu ən müasir tankdır.T-14 Armata tanklarının maksimum sürəti saatda təxminən 80-90 kilometr arasında dəyişir.Bu tankların hərəkət mənzili də kifayət qədər yüksəkdir-500 kilomerdir. == Konstruksiya == T-14 Armata yeni nəsil tank olaraq digər tanklarla müqayisədə daha fərqli dizayna sahibdir. Tank insansız qüllənin olması və üç nəfərdən ibarət ekipajının ön tərəfdə zirehli kapsul içərisində olması kimi bir sıra fərqli xüsusiyyətlərə sahibdir. Konstruksiya müddəti 5 il(2009-2014-cü illər arasında)çəkmişdir. == Silahlanması və təchizatı == T-14 Armata tankının əsas silahı əvvəlki rus tanklarında olduğu kimi 125 mm-lik yivsiz topdur. Dəqiqədə 10-12 atəş açmaq qabiliyyətinə malik olan bu top 8 km uzaqlıqda yerləşən zirehli maşını məhv etməyə qadirdir. Gün işığında 5 km, gecə qaranlığında isə termal kamera sayəsində 3.5 km uzaqlıqdakı hədəfi təyin edə bilir.
Armonk
Armonk - Nyu-Yorkun inzibati bölgülərindən bir. Şimali Kaslda (ing. North Castle), Vestçester Ərazisində (ing. Westchester County) yerləşir. 2010-cu ildə əhalisi 4 330 nəfər idi. == Məşhurluğu == Armonk dünya şöhrətli informasiya texnologiyası şirkəti IBM və bond sığorta şirkəti MBIAnın baş qərargahlarına, eləcə də resığorta şirkəti Swiss Renin Amerika ofisinin qərargahının bu ərazidə yerlə.məsinə görə tanınır.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. == Tarixi == Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.896.183 məqalə yaradılıb.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Aranuka adası
Aranuka (ing. Aranuka) — Qilberta adalarının mərkəzində yerləşən atoll. Sahəsi 11,61 km² təşkil edir. Kuria atollundan 9 km cənub-şərqdə Abemama atollundan isə 25 km cənub-qərbdə yüerləşir. Atoly üçbucaq formaya malikdir və iki nisbətən iri (Buariki və Takaeanq), bir kiçik atoldan təşkil olunmuşdur. Əhalisinin sayı 1057 nəfərdir (2010).
Armando Manzanero
Armando Manzanero Canché (7 dekabr 1935, ci Mérida, Meksika təvəllüdlü — 28 dekabr 2020, Mexico) geniş Premyer Meksika romantiki və Müharibədən sonrakı dövrün bəstəkarı və Latın Amerikasının ən uğurlu bəstəkarlarının biri hesab edilən Maya mənşəli bir Meksika musiqiçi və bəstəkardır.
Armando Merodio
Armando Merodio Peskuera (isp. Armando Merodio Pesquera; 23 avqust 1935, Barselona – 21 iyun 2018, Bilbao, Basklar ölkəsi) ― hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. == Futbolçu karyerası == Kataloniyanın Barselona şəhərində anadan olan Merodionun atası pelota oyunçusu idi. O, 3 yaşındaykən ailəsi ilə Basklar ölkəsinə köçdü. Peşəkar karyerasına "Barakaldo" klubunda başlasa da, tezliklə "Atletik Bilbao" ilə müqavilə bağladı. 11 mart 1956-cı ildə Merodio ev meydanında 2–1 qələbə hesabı ilə bitən "Atletiko Madrid" klubuna qarşı oyunda La Liqa debütunu etdi və qol vurdu. Mövsüm ərzində o, daha iki dəfə meydana çıxdı və klubu liqa və ölkə kubokunun çempionu oldu; 16 yanvar 1957-ci ildə Çempionlar Kubokunun 1/4 finalında "Mançester Yunayted"ə qarşı keçirilən və 5–3 məğlubiyyət hesabı ilə bitən oyununda o, fərqlənməyə bacardı, iki oyunun nəticəsində ümumi hesab ingilislərin xeyrinə 5–6 oldu. İspaniya çempionatının 1958–59 mövsümündə o, ard-arda dörd oyuna 11 qol vurdu ("Atletik" oyunlarda 9–0, 9–0, 8–1 və 7–0 hesabları ilə qalib gəlmişdir). Bilbao klubunda 104 oyuna 39 qol vuran Merodio 1963-cü ildə həmçinin yüksək divizyonda çıxış edən "Real Mursiya"ya transfer olundu və burada iki mövsüm keçirərək sonuncuda aşağı liqaya düşdü. "Rekreativo" və "İndauçu" klublarında aşağı divizyonda 2 il keçirəndən sonra Merodio karyerasını 1967-ci ildə demək olar ki 32 yaşında bitirdi.
Armando Obispo
Armando Obispo (5 mart 1999) — Erediviziya təmsilçilərindən olan PSV Eyndhoven klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === PSV === Obispo PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. Obispo öz peşəkar karyerasında debütünü 16 sentyabr 2016-cı ildə Dordrext klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.
Armenak Boryan
Armenak Boryan (1886, Çəmbərək, Yeni Bəyazid qəzası – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında jurnalist. Armenak Boryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Armenia 1
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Armenia Airways
Armenia Airways — 25 noyabr 2015 tarixində qurulan və 21 aprel 2016 tarixində fəaliyyətə başlayan sərnişin daşıyıcısıdır. == Tarixi == Ermənistan hava kompleksi 25 noyabr 2015-ci ildə Tamaz Qaişvili və Robert Hovannisyan tərəfindən təsis edilib. Gaişvili şirkətin 25% -nə sahibdir, Robert Hovannisyan 24% mülkiyyətə malikdir və Aşot Torosyan 51% mülkiyyətə malikdir.
Armenia TV
Armenia TV (erm. Արմենիա հեռուստաընկերություն, translit. Armeniya herustayonkerutyun) — Ermənistan özəl telekanalı. Ermənistan, Rusiya, Avropa və ABŞ-də yayım edir. Telekanalda məlumatlandırıcı, satirik, idman, musiqi və siyasi verilişlər yayımlanır. Armenia TV Ermənistanın ən böyük və ən çox izlənən telekanallarından biridir. Armenia TV 2015-ci ildə Ermənistanın ilk kabel telekanalını təsis etmişdir.